Münasibətlərimiz qarşılıqlı etimad və səmimiyyət üzərində qurulub
21.06.2023 [11:44]
“Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub. Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür.”
İyunun 15-də ölkəmizdə səfərdə olan Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu fikirləri ilə bir daha Azərbaycanın ölkəsi üçün önəmini, əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərinin davamlılığını açıqladı. Azərbaycan və Pakistan arasında münasibətləri iki qardaş ölkə arasında münasibət kimi dəyərləndirən Prezident İlham Əliyev bu səfərin əlaqələrimizin daha da möhkəmlənməsində əhəmiyyətini qeyd etdi, eyni zamanda, dost ölkənin 44 günlük İkinci Qarabağ müharibəsində mənəvi və siyasi dəstəyini xüsusi vurğuladı. Təbii ki, münasibətlərdə qarşılıqlı etimadın, hörmətin və hədsiz səmimiyyətin əsas olması hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Hər zaman qeyd edildiyi kimi, dövlətlərarası münasibətlərdə etimad mühitinin mövcudluğu əsasdır. Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayıb və diplomatik əlaqələr qurmayıb. Bu reallıq qardaşlıq münasibətlərimizin əsas göstəricilərindən biridir. 44 günlük Vətən müharibəsi dövründə Pakistan beynəlxalq hüququn, haqq-ədalətin yanında oldu. Pakistanın qardaş dəstəyi küçə və meydanlarımızda Azərbaycan və Pakistan bayraqlarının qoşa dalğalanması ilə dəyərləndirildi. Dünya həqiqət anı kimi qiymətləndirilən İkinci Qarabağ müharibəsində Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan münasibətlərində bir daha qardaşlığın əsl nümunəsini gördü. Üç qardaş ölkənin birgə dalğalanan bayraqları hər birimizi qürurlandırdı. Pakistanın Baş nazirinin səfəri çərçivəsində keçirilən görüşlərdə, mətbuata birgə bəyanatda Azərbaycan-Pakistan münasibətlərinin ayrı-ayrı sahələrdə uğurlu inkişafı əsaslı şəkildə diqqətə çatdırıldı. Hədəflər sırasında ticarətin həcminin artırılması, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, ənənəvi və bərpa olunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusi qeyd edildi. “Biz müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə etdik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, birgə hərbi təlimlərin sayının artırılması məsələsi müzakirə edildi. Buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Ümumilikdə Azərbaycan müstəqilliyini qazandıqdan sonra Pakistanla möhkəm təməllər üzərində qurulan siyasi əlaqələr daim inkişaf etdirilib və həmin münasibətlər bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəldilib.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54

