Azərbaycan və Türkiyə əlaqələri gələcək təhlükəsizliyimizin ən etibarlı qarantıdır
09.06.2023 [11:27]
15 iyun 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasından 2 il ötür. Bəyannamənin imzalanması ilə iki qardaş ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoydu. Tarixə nəzər salsaq Azərbaycanla Türkiyə arasında münasibətlərin dərin tarixi kökləri olduğunun şahidi olarıq. Bu bir faktdır ki, iki ölkə arasında qardaşlıq və dostluq münasibətləri bütün dövrlərdə mövcud olub, ən ağır sınaqlarla, çətinliklərlə üzləşdiyi zamanlarda iki ölkənin qarşılıqlı dəstəyi hər zaman özünü göstərib. Ulu öndərimiz Heydər Əliyevin ifadə etdiyi kimi, biz bir millət, iki dövlət olaraq daim əl-ələ, çiyin-çiyinə olmuşuq. Dahi öndər Mustafa Kamal Atatürk ifadə etdiyi kimi sevincimiz və kədərimiz bir olub. Dahi tarixi şəxsiyyətlərimizin, görkəmli dövlət və siyasət xadimlərinin səsləndirdiyi bu kəlamlar bu gün də aktuallığını qoruyur və xalqlarımızın bir-birinə münasibətində öz təsdiqini tapır. Qürurla qüyd etməliyik ki, bu gün Azərbaycan və Türkiyə əlaqələri özünün ən parlaq səhifələrini yaşayır. Bu birlik və həmrəylik bütün dünya üçün əsl örnək olmaqla yanaşı, dövlət başçılarımız cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir. Bu birlik iki qardaş ölkənin və xalqlarımızın gələcək təhlükəsizliyinin ən etibarlı qarantıdır. Çünki bu dostluq və qardaşlıq düşmənə göz dağı, dosta fəxarətdir. Şuşa bəyannaməsi isə bu münasibətlərin ən parlaq təzahürüdür.
Dünyada elə ölkələr yoxdur ki, onlar Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olsunlar. Şuşa bəyannaməsinin imzalanması bu mənada dövlətlərimiz arasındakı münasibətlərin ən mühüm mərhələsini və onun uğurlu nəticəsini özündə ehtiva edir. Şuşa bəyannaməsi bütün sahələrdə sağlam təməllər üzərində qurulan, ölkələrimizin siyasi, diplomatik, iqtisadi, beynəlxalq və digər sahələrdə müttəffiqliyini özündə əsk etdirir. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına əsaslı təminat verir.
Xüsusilə, bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq dövlətlərimizin və xalqlarımızın təhlükəsizliyinə istiqamətlənmiş ən mühüm məsələdir. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birilərinə hərbi-siyasi dəstək verəcəklər. Sözsüz ki, indiki geosiyasi vəziyyətin gərginləşdiyi bir vaxtda Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq səylərinin birləşdirilməsi olduqca əhəmiyyətlidir.
Ermənistanın torpaqlarımıza qarşı 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi, diplomatik dəstəyi əvəzolunmazdır. Bu dəstək zəfərimizin əldə olunmasında mühüm rol oynadı. Türkiyənin dünyada ikili standartların hökm sürdüyü bir vaxtda dövlətimiz və xalqımız üçün apardığı informasiya savaşı qardaşlığın nə qədər sarsılmaz təməllər üzərində qurulduğunu göstərir. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır.
İnanırıq ki, Azərbaycanla Türkiyə arasında strateji müttəffiqlik səviyyəsinə yüksəlmiş bu münasibətlər bundan sonra da uğurla davam etdiriləcək. Bu Bəyannamə Azərbaycan-Türkiyə arasında əməkdaşlığı gücləndirməklə yanaşı, türk dövlətləri arasında əlaqələri, əməkdaşlığı da gücləndirəcək təkanverici qüvvədir.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

