Regionun lider dövləti
19.05.2023 [11:12]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Bu gün Azərbaycan geosiyasi və strateji mövqe baxımından regionun lider dövlətidir və öz milli dövlətçilik maraqları əsasında Beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmaqla regionda dayanıqlı sülhün bərqərar olması üçün münbit şəraitin formalaşmasına zəmin yaratmışdır.
Cari ilin may ayının 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə sayca beşinci görüşü bölgədə sülhün təmin olunması istiqamətində növbəti addım oldu.
Xüsusilə vurğulamaq lazımdır ki, Brüssel görüşü Azərbaycan diplomatıyasının dünya siyasi arenasında növbəti parlaq uğuru və qələbəsi oldu. Ölkəmizin Beynəlxalq müstəvidə əldə etdiyi silsilə uğurlar Azərbaycanın qüdrətli dövlət olmasının bariz təzahürüdür.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin görüşlə bağlı bəyanatında da Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılmasının regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yol olduğu vurğulandı.
Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə siyasət aparır və bölgədə sülhün təmin olunmasında maraqlı olan bir ölkədir.
Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edir və Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qısa zamanda imzalanması bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması deməkdir.
Ölkəmiz regionda söz sahibi olan dövlətə çevrilib, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmlənib. Xüsusilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır.
Bu gün Prezident cənab İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu diplomatiyanın məntiqi nəticəsi olaraq ölkəmiz bölgədə və dünyada layiqli yerini tutaraq, regional liderliyini təmin edib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

