Avropanın enerji təhlükəsizliyinə böyük töhfə
01.05.2023 [14:24]
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya təcrübəsinə əsasən belə bir çağırışı səsləndirdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji diplomatiyasının əsasına çevrildi. O vaxtdan bu günədək ölkəmizin enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin həyata keçirdiyi layihələr iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirir, etibarlı tərəfdaş kimi söz sahibliyini artırır. Təkcə son iki ildə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrə diqqət yetirək. Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması bunun bir daha təsdiqidir.
Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Prezident İlham Əliyevin imzalanma mərasimində qeyd etdiyi kimi, Anlaşma Memorandumu icra edildikdən sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün Avropa ölkələrinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq: “Bu gün Enerji Komissarı xanım Simsonun, Avropa Komissiyasının digər rəsmilərinin və dostlarımızın artıq qeyd etdiyi kimi, Azərbaycan Avropanın, mən deyərdim ki, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Sizə məlumat vermək istəyirəm ki, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.”
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanı Avropanın, o cümlədən ölkəsinin etibarlı tərəfdaşı adlandıraraq qeyd etdi ki, tərəfdaşlarımızın etibarlı qaz təchizatına ehtiyacı olduğu bir zamanda, həmrəylik və əməkdaşlıq təməldir. Çünki Ukraynadakı müharibə mehriban qonşuluq, həmrəylik və əməkdaşlıq anlayışlarının yeni ölçülərini axtarmağa vadar etdi. Bu, əsasən beynəlxalq logistika xəritəsinə dəyişikliklər etmək imkanına malik olmaq üçün yeni həllər, marşrut və təchizat axtarmağı tələb edir: “Bu təşəbbüs bu istiqamətdə uğurun nümunəsidir. Aydındır ki, bugünkü Memorandumun imzalanması bizim aramızda yeni əməkdaşlıq üçün çox güclü siqnaldır. Bu, ölkələrimizin qaz təchizatı şəbəkələrinin həcmini, həmçinin aramızdakı qarşılıqlı əlaqəni genişləndirəcək.”
Göründüyü kimi, Azərbaycan Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər üçün önəmli tərəfdaşdır. Təbii ki, ölkəmizin bu mövqeyi qazanmasında xarici siyasətinin dəyişməz prinsipləri, qətiyyətli siyasəti əhəmiyyətli rol oynayır. Azərbaycan xarici siyasətində qonşu ölkələrlə, türk dünyası və Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verərək bu əlaqələri bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipləri əsasında inkişaf etdirir. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan öz coğrafi mövqeyinin üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

