“Ulu Öndər ideyaları əsasında reallaşan qayıdış” mövzusunda tədbir keçirilib
16.03.2023 [14:04]
Kəlbəcər rayon İcra Hakimiyyətinin, YAP Kəlbəcər rayon Təşkilatının və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər ideyaları əsasında reallaşan qayıdış” mövzusunda tədbir keçirilib.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyində baş tutan tədbirdə Rəqəmsəl İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Planlaşdırma və inkişaf departamentinin rəhbəri, iqtisad elmləri doktoru Aqil Əsədov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Daha sonra “Ulu Öndər ideyaları əsasında reallaşan qayıdış” mövzusu ətrafında çıxış edən Rəqəmsəl İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Millət vəkili Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Planlaşdırma və inkişaf departamentinin rəhbəri, iqtisad elmləri doktoru Aqil Əsədov və digər natiqlər Ümumilli Liderin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açaraq, müasir, müstəqil Azərbaycanın hərtərəfli inkişafında Ulu Öndərin danılmaz əməyinin, düşünülmüş, uzaqgörən siyasətinin dayandığını qeyd etmişdirlər.Eyni zamanda natiqlər vurğulamışdırlar ki, xalqımızın Ümumilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanda yaratdığı ictimai sabitlik, balanslaşdırılmış daxili və xarici siyasət, ordu quruculuğu və iqtisadi inkişaf bu gün onun layiqli siyasi varisi, Müzəffər Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Məhz bu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan beynəlxalq arenada söz və qüdrət sahibidir. Müzəffər Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin dəmir yumruğu, xalqımızın milli birliyi və ordumuzun şücaəti sayəsində 44 günlük Vətən Müharibəsində Zəfər qazanıldı, işğal altında olan torpaqlarımız, o cümlədən Kəlbəcərimiz düşmən tapdağından azad edildi. Dövlətimizin başçısı tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq etmişdir. Dövlət Proqramından irəli gələn vəzifələrin və qarşıya qoyulan hədəflərin uğurla yerinə yetriliməsi üçün hər bir vətəndaşın səylə çalışması, Böyük Qayıdışa öz töhvəsini verməsinin vacibliyi vurğulanmışdır. Ulu Öndərin ideaları və müəyyənləşdirdiyi düzgün siyasi xəttin xalqımızı Böyük Qayıdışa apardığını vurğulayan natiqlər, bu gündə, sabahda müasir, müstəqil və qüdrətli Azərbaycanı dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin müəyyənləşdirdiyi düzgün siyasi xətlə, Azərbaycançılıq idelogiyası ilə uğurla inkişaf edəcəyini bildirmiş, işğaldan azad olmuş torpaqlarımızın cənnət diyara çevriləcəyini qeyd etmişdirlər.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində Kəlbəcər rayonunda silsilə tədbirlər davam etdiriləcəkdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40

