Prezident İlham Əliyev dünyanın həll etməli olduğu problemləri göstərdi
24.01.2023 [11:25]
Əsası 1971-ci ildə isveçrəli professor Klaus Şvab tərəfindən qoyulan və qərargahı Cenevrədə yerləşən Davos İqtisadi Forumu dünyada ən böyük beynəlxalq qeyri-hökumət təşkilatıdır. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.
Belə bir Forumda hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və çıxışı onu göstərir ki, Azərbaycan bir dövlət kimi dünya siyasətinin marağındadır, onun rəhbəri isə etibarlı tərəfdaş, işgüzarlığı və səmimiliyi ilə fərqlənən liderdir. Bu il də Forumun işinə qatılan cənab prezident bir sıra mühüm görüşlər keçirmişdir. Yanvarın 18-də BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə, Latviya Respublikasının Prezidenti Egils Levitslə, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşlər mühüm əhəmiyyətə malikdir. Bütün görüşlərində Azərbaycanın mənafelərini və maraqlarını önə çəkən ölkə başçısı Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin daha da yaxşılaşdırılmasına, qarşılıqlı və səmərəli əməkdaşlığa əsaslanır.
Qeyd etmək yerinə düşər ki, hazırda dnyada əməkdaşlıq mühiti çətinləşib. Qlobal böhran, enerji təhlükəsizliyinin zəifləməsi, Rusiya-Ukrayna müharibəsi, bir sıra lokal münaqişələr dövlətlərarası münasibətlərə xələl gətirmişdir. Belə bir vaxtda Dünya İqtisadi Forumunun mövzusu “Parçalanmış dünyada əməkdaşlıq”dır. Bu aktual mövzu bu gün dünya liderlərini ə cəmiytləri düşündürür, problemin həlli yolları axtarılır.
Cənab İlham Əliyev Forum çərçivəsindəki bütün görüşlərində və Çinin CGTN televiziya kanalına müsahibəsində qarşılıqlı əməkdaşlığa əsaslanan birliyin vacibliyini önə çəkmiş, dünyanı böhrandan xilas etmək yollarını qeyd etmişdir. Çin televiziya kanalının sorğusunu cavablandıran cənab İlham Əliyev qeyd etmişdir: Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub.”
Çinlə əməkldaşlığın perspektivlərindən danışan ölkə başçısı bu sahədə ənənəvi əlaqələrin bərpa olunması, ölkələrimizin bir sıra mühüm məslələrdə bir-birini dəstəkləməsini və mənafelərin uzlaşmasını müsbət qiymətləndirmişdir. Cənab İlham Əliyev qeyd etmişdir ki, “Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik.
Bizim prioritetlərə gəldikdə, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində biz 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalamışıq. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var. Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi biz yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq. Dediyim kimi, biz ilkin sənədləri imzalamışıq. Əlbəttə ki, müqavilələr gələcəkdə imzalanacaq. Lakin bunun təkcə bizim ölkə üçün yox, həm də bütün region üçün çox böyük potensialı var. Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil.”
Müsahibəsində dünya liderlərini sülhə və barışa səsləyən cənab İlham Əliyev əsas hədəfin bəşəri ideyalara söykənmək, insanların yaxşı yaşaması üçün qüvvələrin səfərbər edilməsinə yönləndirmək olduğunu vurğulamışdır: “Bu səbəbdən onlar gərək silahları yerə qoysunlar və bəşəriyyətin üzləşdiyi problemlərə diqqətlərini yönəltsinlər – yoxsulluq, aclıq və bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması. Budur fundamental problemlər.”
Müsahibəsində qeyd etdiyi kimi sözünə, vədinə əməl etməkdə çoxlarından fərlənən ölkə başçısı bir daha göstərmişdir ki, Azərbaycan sülh, əmin-amanlıq və əməkdaşlıq tərəfdarıdır. Heç bir ambisiya irəli sürmədən insanlara yaşam şəraiti yaratmaq, mehriban qonşuluq bizim əsas hədəfimizdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57

