Qərbi Azərbaycandan olan soydaşlarımız da öz dədə-baba yurdlarına qayıdacaqlar
16.01.2023 [11:04]
Vüsal Hüseynov - YAP Xocavənd rayon təşkilatının sədri
“Beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan tək regional geopolitik proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir. Beynəlxalq arenada siyasi, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda, şübhəsiz ki, bütün bu proseslərin dəqiq, doğru-düzgün analiz edilib, yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir. Dünyada bu qədər mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış islahatların həyata keçirilməsində, ölkəmizin dünya siyasi səhnəsində nüfuzunun günü-gündən daha da artmasında Prezident İlham Əliyevin sarsılmaz şəxsiyyəti, Liderliyi mühüm əhəmiyyət kəsb edir.
Cənab Prezidentin müsahibəsində ilk qeyd edilən məsələ böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yarımçıq qalan bəzi məsələlərin tədricən yoluna qoyulması ilə bağlıdır. Cənab Prezident xüsusi vurğuladı ki, müharibə bitsə də, mübarizəmiz başa çatmayıb və savaşdan sonra görülən işlər, atılan addımlar bu ali məqsədimizə çatmağa hesablanıb. Söhbət, təxminən, 20-25 minə yaxın erməni vətəndaşlarımızın toplum yaşadığı və Rusiya sülhməramlılarının yerləşdiyi Xankəndi və ona bitişik bir çox kənd və şəhərlərdə dövlət nəzarətimizin bərpa olunması, ərazilərimizin ermənilərin qanunsuz silahlı birləşmələri və revanş xülyası ilə yatıb-duran separatçılardan tamamilə təmizlənməsindən gedir. Ancaq görünən odur ki, post müharibə dövründə bir çox güc mərkəzlərinin, dövlətlərin Azərbaycanla bağlı oynadıqları ikili oyunlardan həvəsə düşən ermənilər imza atdıqları kapitulyasiya aktı ilə götürdükləri öhdəlikləri yerinə yetirmək istəmirlər. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan III Qarabağ müharibəsinin olmasını istəmir. Çünki biz döyüşlə işimizi tam bitmiş hesab edirik, bundan sonrakı məsələlər siyasi yolla həll olunmalıdır.
Dövlət Başçısının müsahibəsində xüsusilə vurğuladığı məqamlardan biri də Zəngəzur dəhlizi ilə əlaqədar olmuşdur. Cənab Prezident bir daha vurğulamışdır ki, Zəngəzur dəhlizinin reallığa çevrilməsi tarixi zərurətdən irəli gəlir. Bu haqda ölkə Başısı qeyd edib: Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Artıq görülən və bundan sonra görüləcək işlər bizim mövqeyimizi daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.
Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə əlaqədar söylədiyi fikirlər bir daha onu deməyə əsas verir ki, bu mövzu Azərbaycanın milli kimliyinin qorunması, tarixi ədalətin bərpa olunması istiqamətində görülən işlərin tərkib hissəsi və eləcə də növbəti mərhələnin başlanğıcıdır. Məlumdur ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Artıq Qarabağ problemi tarixdə qaldığına görə, Azərbaycan tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarıb. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb. Bu haqda cənab Prezident xüsusilə qeyd edib ki, “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması Ermənistanın marağındadır. Bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün”.
Əminliklə deyə bilərik ki, bir vaxtlar Qarabağ mövzusu Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi və bu birlik sayəsində tarixi torpaqlarımız düşmən tapdağından azad olundu. İndi də “Qərbi Azərbaycan” mövzusu xalqımızı bir məfkurə, bir ideya ətrafında yumruq kimi birləşdirəcək və Qərbi Azərbaycandan olan soydaşlarımız da öz dədə-baba yurdlarına qayıdacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

