Qazaxda “Heydər Əliyev ili” ilə əlaqədar tədbirlərə start verildi
12.01.2023 [13:48]
12 yanvar 2023-cü il tarixdə “Heydər Əliyev ili” ilə əlaqədar YAP Qazax rayon təşkilatı və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider, müasir Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının memarı Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə olan dərin hörmət və ehtiramlarını bildirdilər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərimizin müstəsna xidmətlərindən ətraflı danışdı. A.Nəbiyev qeyd etdi ki, 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir, necə deyərlər, xalqımızın tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi həm də müstəqil Azərbaycan respublikasının qurulmasında bir dönüş nöqtəsi oldu. Məhz, bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycanın Möhtəşəm Qələbəsi ilə sona çatdı. Bu tarixi Zəfər ilə bütün soyqırım, faciə, qətliam qurbanlarının, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. A.Nəbiyev məhz, Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini xüsusilə qeyd etdi.
Çıxış edən Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gülayə Həsənova 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət əməli olduğunu bildirdi. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində sadəcə kədərli bir hüzn günü kimi deyil, həm də millətimizin qəhrəmanlığını, mübarizliyini, yenilməzliyini əks etdirən bir oyanış günü olduğunu xüsusilə vurğuladı.
Tədbirdə BDU Qazax filialının direktor müavini Məmməd Yusifov, partiya veteranları Bəsti Ələkbərova, Fərhad Qocamanov, Daş Salahlı kənd 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının sədri Rəna Bayramova çıxış edərək 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan ətraflı danışdılar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

