Dünya Azərbaycanlılarının həmrəyliyi daimidir, əbədidir
28.12.2022 [13:22]
Azərbaycana, el-obaya məhəbbət, milli birlik milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız üçün ən mühüm bayramdır. Əsası Azərbaycan xalqınının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün azərbaycanlılar üçün əzizdir. Ulu Öndərin siyasi hakimiyyətinin Naxçıvan mərhələsində milli mənlik, milli kimlik tariximizdə atdığı cəsarətli addımlar içərisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin əhəmiyyətli yeri var.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, hər zaman müstəqil Azərbaycan dövlətinin əsas ideyasının azərbaycançılıq olduğunu qətiyyətlə müdafiə edən Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətimizdə həmrəyliyə nail olmağı bacardı. Məhz dahi şəxsiyyətin millətindən, dinindən, dilindən asılı olmayaraq kökləri ilə Azərbaycana bağlı olan, özünü azərbaycanlı sayan hər kəsi vahid ideya ətrafında birləşdirdi, milli həmrəyliyimizlə bağlı düzgün konsepsiya yaratdı.
Dünya azərbaycanlıları üçün sarsılmaz ideoloji bünövrə yaradan, dünyanın harasında yaşamasından asılı olmayaraq ümummilli mənafeyimizə xidmət edəcək mənəvi öhdəlikləri dəqiq müəyyənləşdirən Ulu Öndər həmvətənlərimizi daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa çağırırdı. "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər"- deyə Ulu Öndər qeyd edirdi.
"Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan". Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, hər zaman bunu iftixarla söyləmiş milli qürur mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin bu sözləri hər bir azərbaycanlının milli birliyə, vahid ideya ətrafında birləşməsinə çağırış idi.
Ramil Orucov onu da vurğulayıb ki, dünya azərbaycanlıları parlaq Zəfərimizdən sonra 2022-ci il aprelin 22-23-də V qurultaylarını Qarabağda, mədəniyyət paytaxtımızda, Şuşada keçirdilər. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın iştirak etdiyi böyük rəmzi məna daşıyan Zəfər qurultayında dünya azərbaycanlıları bir daha öz sarsılmaz və əbədi həmrəyliklərini dünyaya bəyan etdilər.
Dahi şəxsiyyət Heydər Əliyevin uğurlu təməlini qoyduğu azərbaycançılıq ideyası, milli birlik və bərabərliyimiz ölkə Prezidenti cənab İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strategiya üzrə inkişaf edib. Milli həmrəyliyimizin nümayişini 44 günlük Vətən müharibəsində əyani şəkildə gördük. Azərbaycanın Zəfəri ilə bitən, milli həmrəyliyimizin təntənəsinə çevrilən Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşdi, həmrəy oldu. Xüsusilə də soydaşlarımız beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmət göstərdilər. Azərbaycan xalqının milli birliyi sayəsində işğalçı Ermənistan məğlubiyyətə uğradı, işğal altında qalan torpaqlarımız azad edildi, ölkə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində mənfur düşmən kapitulyasiya bəyanatına imza atmağa məcbur edildi.
44 günlük Vətən müharibəsində milli həmrəyliyimizi dünyaya yüksək səviyyədə nümayiş etdirən soydaşlarımızın hər il Azərbaycan xalqının birlik şüarının simvolik gününü dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd etmələri ildən-ilə daha geniş vüsət alır.
“...Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!..” 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər Heydər Əliyevin yer üzündəki bütün azərbaycanlılara ünvanlandığı bu xoş arzular, diləklər, ölkəmizin, xalqımızın xoş məramı, saf niyyəti, əmin- amanlıq istəyi bu gün də öz aktuallığını qoruyur.
“Milli maraqlar uğrunda həmrəy olan soydaşlarımızın, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi olduqca qürurvericidir” – deyə YAP Gəncə şəhərinin sədri Ramil Orucov qeyd edib.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

