Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir
19.12.2022 [11:02]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından ötən iki il ölkəmizin bu sənəddən irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirmək istiqamətində atdığı addımların aydın ifadəsini yaradır. Azərbaycan bunu hər zaman qarşı tərəfdən-işğalçı Ermənistandan da tələb edir. Amma dünyanın gözü qarşısında baş verən hadisələr fonunda görünən budur ki, işğalçı dövlət bu öhdəlikləri yerinə yetirmir, əksinə beynəlxalq hüquqa zidd əməlləri, təxribatları, ekoloji terroru ilə hər vəchlə vəziyyəti gərginləşdirməyə, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səy göstərir.
Qeyd etdiyimiz kimi, Azərbaycan möhtəşəm Qələbəsi ilə ərazi bütövlüyünü bərpa etdi, dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu sübut etməklə yanaşı, onların tətbiqi üçün vahid mexanizmin olmasını tələb etdi. Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifi Ermənistan tərəfindən qəbul edilərək, Praqa və Soçi görüşlərində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən bəyanat imzalandı.
Azərbaycanın öz ərazisinə tam nəzarət etməsi, baş verən qanunsuz halların qarşısını alması beynəlxalq hüquqa əsaslanır. Bu, dövlətimizin beynəlxalq qanunlarla tənzimlənən suveren hüququdur. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı reallıqdır və ekoloji vəziyyəti ağırlaşdırıb.
Məlumdur ki, bir həftədir Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar Şuşa-Laçın yolunda etiraz aksiyası keçirirlər. Əsas tələblərdən biri budur ki, bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir. Monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin həmin əraziyə girişinə maneçilik törədilməsi tamamilə qanuna ziddir. Ekoloqların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin, həmçinin qeyri-hökumət təşkilatları təmsilçilərinin Şuşa -Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası haqlı narazılığın təzahürüdür.
Bu da inkaredilməzdir ki, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə olunur, minalar aparılır, talan edilən təbii sərvətlərimiz daşınır. Bu, yolverilməzdir.
Ermənistan tərəfi yenə də ənənəsinə uyğun olaraq qeyri-ciddi bəyanatları ilə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim etməyə çalışır. Guya Laçın yolunu azərbaycanlılar bağlayıb, bölgədə humanitar fəlakət yaşanır, etnik təmizlənmə həyata keçirilir. Bütün bu iddialar böhtan xarakterlidir. Reallıq budur ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri oğurlanan, talan edilən təbii sərvətlərimizin daşınmasının qarşısının alınmasını, haqqın, ədalətin bərpasını tələb edir və bu tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bildirirlər. Ermənilərin apardıqları qərəzli, böhtan xarakterli təbliğatın əksinə olaraq reallıq ondan ibarətdir ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Ermənistan hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir. Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bu kimi faktların əksini tapdığı qətnamələr və hesabatlar saysızdır. Əsas olan onların kağız üzərində olması deyil, icrasıdır. Azərbaycanın dünyadan 28 il icrasını gözlədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına həyata keçirməsi gücümüzün, qüdrətimizin təsdiqi olmaqla yanaşı, haqqın. ədalətin gec-tez qalib gəldiyinin nümayişi oldu.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

