Azərbaycan hər zaman sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışları ilə diqqətdədir
03.12.2022 [17:43]
Postmünaqişə dövrünün əsas çağırışlarından biri sülh, təhlükəsizlik və əməkdaşlıqdır. Yeni əməkdaşlıq formatlarının yaradılması regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini bir tələbə çevirir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın, həmçinin Qarabağın tacı Şuşamızın ev sahibliyi etdiyi beynəlxalq konfransların və forumların mövzularına diqqət yetirdikdə günümüzün əsas məsələsi özünü qabarıq şəkildə büruzə verir.
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirildi. Dövlət başçısı İlham Əliyev konfransdakı çıxışında, eyni zamanda, tədbir iştirakçılarının suallarını cavablandırarkən bildirdi ki, coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir.
Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri yer aldı. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olundu. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Ölkə Prezidenti Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələrindən geniş bəhs etdi.
Reallıq budur ki, Azərbaycan uğurlu siyasətinin nəticəsi olaraq bütün sahələrdə təkmil təcrübəyə malik olduğu üçün ayrı-ayrı sahələri əhatə edən beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi diqqətdədir. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Bu kimi konfranslar, forumlar hər bir ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Tədbirlərin iştirakçıları arasında aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər xüsusi yer tutur. Son illərdə paytaxt Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, ötən ilin aprelində ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, bu ilin aprelində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabrın ayında Ağdamda Milli Şəhərsalma Forum böyük maraqla qarşılandı. Tarixi Zəfərimizdən sonra keçirilən tədbirlərin hər biri postmünaqişə dövrünün reallıqlarına uyğun olaraq qarşıda dayanan çağırışların həyata keçirilməsi üçün birgə səylərin zəruriliyi məsələlərini daha da aktuallaşdırır. Hazırkı dövrdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məqsədilə sülh müqaviləsinin imzalanmasına dəstək sözdə deyil, əməldə öz təsdiqini tapmalıdır. Azərbaycan hər zaman sülh, təhlükəsizlik və əməkdaşlıq çağırışları ilə diqqətdədir.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

