Azərbaycanda uzun illərdir ki, sabitlik var
02.12.2022 [11:19]
Məlumdur ki, dinamik inkişafa malik olan müstəqil Azərbaycan Respublikası ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında yer alır. Bu gün, Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Başqa sözlə, ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor, hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da, ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir. Azərbaycan sabitlik məkanı kimi inkişaf edir. Təbii ki, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqının iradəsi Azərbaycanda sabitliyin əsas təminatçısıdır. Ümumiyyətlə, Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında sosial-iqtisadi uğurlarımızı ölkədə yaşanan sabitliklə əlaqələndirmişdir. Dövlətimizin başçısı dəfələrlə bildirmişdir ki, sabitlik olmadan, heç bir dövlət inkişaf edə bilməz. Bu, bir faktdır və yaxın tarixdə dəfələrlə bunun şahidi olmuşuq. Sabitlik pozulan zaman inkişaf da zəifləyir, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Respublikamızda isə, sabitliyin mənbəyi xalqdır, onun iradəsidir və eyni zamanda, aparılan siyasətdir, çünki Azərbaycanda reallaşdırılan siyasət milli maraqlara söykənir, milli maraqlar hakimiyyət üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır. Şübhəsiz ki, xalq belə şəraitdə öz Prezidentini sevir, onun arxasında dayanır. Dövlətimizin başçısı da bu amili daim yüksək qiymətləndirir, məmurlardan xalqa nümunəvi xidmət göstərməyi tələb edir. Eyni zamanda, özü də qeyd edir ki: “Mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz, bu xidmətə görə Azərbaycan xalqı bizə çox böyük dəstək göstərir.
Bu gün, ölkə Prezidenti, cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. O, məhz, bu prinsipləri daim əsas götürmüş və həyata keçirilən çoxşaxəli islahatların diqqət mərkəzində saxlamışdır. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan Prezident İlham Əliyev keyfiyyətcə yeni mərhələdə, Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Dövlət başçısının yüksək idarəçilik qabiliyyəti sayəsində ölkəmiz konkret zaman kəsiyində bütün istiqamətlər üzrə qarşıya qoyduğu məqsədlərə nail oldu. Ölkəmizdə iqtisadi inkişaf, sosial məsələlərin həlli, Ordu quruculuğu, Qarabağın bərpası istiqamətində nəhəng infrastruktur, nəqliyyat və energetika layihələri icra edilir. Ən əsası isə, qlobal nizamsızlıq, xaos və anarxiya fonunda Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür. Siyasi, iqtisadi, hərbi, enerji, ərzaq, informasiya komponentləri olmaqla, milli təhlükəsizliyimiz yüksək səviyyədə təmin edilir.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

