Azərbaycan regionda ədalətli və davamlı sülhün bərqərar olunmasını istəyir
01.12.2022 [11:13]
Ramil Orucov,
YAP Gəncə şəhər təşkilatının sədri
Qətiyyətli siyasəti ilə torpaqlarımızı işğaldan azad edən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistan (həyata keçirdiyi işğalçılıq siyasəti üzündən) istisna olmaqla digər qonşuları ilə münasibətlərini daim inkişaf etdirir, onlarla qarşılıqlı əməkdaşlığını dərinləşdirir. Bu əməkdaşlıq həm Azərbaycana, həm də regionun digər ölkələrinə siyasi, iqtisadi, mədəni və digər sahələrdə mühüm dividendlər qazandırır.
Prezident cənab İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda qeyd edib ki, “Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik”.
Bu reallıqdır ki, qalib tərəf kimi Azərbaycan Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini davam etdirir. İşğaldan azad etdiyi torpaqlarla bağlı özü qərar verən Azərbaycan Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Cənubi Qafqaz regionunda mövcud mənzərəyə diqqət yetirdikdə bir daha aydın görünür ki, Azərbaycan qonşuları ilə, həmçinin coğrafi cəhətdən uzaq olan ölkələrlə yüksək səviyyəli dostluq münasibətlərini qoruyub saxlayır.
Müharibə və işğalın ağır nəticələrindən əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün əlindən gələni edir. Ölkə Prezidentimiz cənab İlham Əliyev son zamanlar aparılan sülh danışıqlarına Fransanın müdaxilə etməsini faktlar əsasında ortaya qoydu və bildirdi ki, Ermənistan və onun havadarlarının istəyi sülh sazişinin imzalanması deyil, danışıqlar prosesinin uzanmasıdır: “Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub”.
Təssüf ki, öz çirkin əməllərindən əl çəkmək istəməyən Ermənistan havadarları ilə birlikdə danışıqlar prosesinə əngəllər törədir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər ölkəmizə, haqqa, ədalətə qarşı çıxanlara layiqli cavabdır. Ölkə Prezidentimiz dəfələrlə bütün bu proseslərin sülh yolu ilə həllinə, bölgədə ədalətli sülhün olmasına çalışıb. Ölkə Başçımız beynəlxalq konfransdakı çıxışında da bildirib ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir: "Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb".
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən keçən 2 il ərzində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi dövlətimizin gücünün, Prezident cənab İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

