Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
19.11.2022 [14:52]
Noyabrın 18-də Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi:
“Ulu öndər Heydər Əliyev hələ Naxçıvanda fəaliyyət göstərərkən Yeni Azərbaycan Partiyasının ilkin təməl prinsiplərini müəyyən etmişdir. Azərbaycanın parlaq gələcəyinin təminatı məhz Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması idi. Onun rəhbərliyi altında təsis olunan Yeni Azərbaycan Partiyası bu gün öz işinin öhdəsindən layiqincə gəlir. Sevindiric haldır ki, partiyanın sıralarında gənclərin sayı çoxdur. Gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşib, ölkənin inkişafına, tərəqqisinə öz töhfələrini verməkdə davam edirlər.”
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib. Qonaq partiya üzvlərinin sırasında məhz ADU-nun tələbələrinin kifayət qədər aktiv olduğunu vurğulayıb. Bildirilib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir.
ADU-nun dosenti Qorxmaz Mustafayev “Yeni Azərbaycan Partiyası: Xalqı birləşdirən partiya” mövzusunda çıxış edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası işıqlı gənclərin, ziyalıların, bütün təbəqədən olan insanların inandığı və dəstəklədiyi partiyadır. Xalqın birliyini özündə əks etdirən, hər bir vətəndaşın yanında olan bir partiya kimi ölkədə dərin hörmət qazanmağı bacarmışdır.
Dosent Ələddin Əliyev YAP-ın yaranma tarixindən, inkişafından söhbət açıb, partiyanın ictimai-siyasi həyatda oynadığı rolu xüsusi vurğulayıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası çox çətin ictimai-siyasi bir dövrdə təsis olunub və keçən dövr ərzində də xalqımızın etimadını doğruldub.
ADU-nun Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Lamiyə Namazova “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda çıxış edib, I Vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətini, Təhsil-2 fakültəsinin tələbəsi Jalə Eyvazova isə “Yeni Azərbaycan Partiyası və Azərbaycan gəncliyi” mövzusunda çıxışında gənclərin rolunu və dövlətin gənclər siyasətini diqqətə çatdırıb.
Tədbirin sonunda yaxşı oxumaqla bərabər ictimai fəallığı yüksək olan tələbələrə YAP Nəsimi rayon təşkilatı tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54

