Yeni Azərbaycan Partiyası ölkəmizi zirvələrə, parlaq gələcəyə aparır
19.11.2022 [11:52]
Qüdrətli dövlət naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası 800 minə yaxın üzvü olan böyük gücə çevrilib.” Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi partiya 30 illik tarixi dövründə öz fəaliyyəti ilə sübut edib ki, yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.
Ulu Öndər Heydər Əliyev partiyanın yarandığı ilk illərdə siyasi təşkilatın uğurlu gələcəyinə, xalqımızın mənafeyini təcəssüm etdirməsinə inamını belə ifadə edib: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.
Bu gün müstəqil Azərbaycanın davamlı və nəhəng uğurlara imza atmasında Yeni Azərbaycan Partiyasının öz payı var. Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi partiyanın yeni Proqramı müasir dövrün çağırışlarını nəzərə almaqla özündə mütərəqqi dəyərləri, prinsipləri, hədəfləri və vəzifələri birləşdirir.
Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verən Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini özündə əks etdirən mühüm tarixi hadisəsi - 44 günlük Vətən müharibəsində üzərinə düşən missiyanı şərəflə yerinə yetirdi. Qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini “Dəmir yumruq” əməliyyatı ilə darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq siyasi partiyaların Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət ətrafında sıx birləşməsi, vətənpərvər oğullarımızın torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın qəhrəmanlığının ifadəsi oldu.
Şanlı Qələbə ilə bütün dünyaya öz gücünü göstərən Azərbaycanın alternativsiz partiyasının proqramında Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi ilə bağlı dəqiq hədəflər müəyyən edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda geniş quruculuq işlərinin aparılması Vətənini sevən hər bir azərbaycanlıda böyük qürur hissi yaradır.
Ramil Orucov onu da qeyd edib ki, 30 il ərzində zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib. Ölkəmizin siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalan Yeni Azərbaycan Partiyası hər qurultayında qəbul etdiyi tarixi qərarlar ilə ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıb, ictimai - siyasi həyatına yeniliklər gətirib. Partiyanın VII qurultayında qəbul edilən qəraralar, qarşıya qoyulan hədəflər də sübut etdi ki, hakim siyasi təşkilat ölkəmizdə siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.
Prezident İlham Əliyevin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda partiyanın VII qurultayı Azərbaycanda yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşdığını nümayiş etdirdi.
Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası artıq partiyanın Sədri İlham Əliyevin dediyi kimi, Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə, qalib xalqımızın zəfər partiyasına çevrilib.
“Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə mətin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyası ölkəmizin qüdrətinin daha da artırılmasına töhfələrini əsirgəməyəcək!”- deyə, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

