Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyi uğurlarının əsasıdır
19.11.2022 [11:49]
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri ayıran 30 illik zaman partiyanın monolitliyinin, sözlə əməl birliyinin, tutduğu yola sadiqliyinin təqdimatıdır. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 800 minə yaxın üzv birləşib. Bugünümüzün reallıqları ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Ümummilli Lider xalqın böyük əksəriyyətinin istəyini ifadə edən “91-lər”in “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabında bildirmişdir: “Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.”
Dahi şəxsiyyət Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi görmək istəyini də açıqladı və bu tezis partiyanın fəaliyyətinin bələdçisinə çevrildi. YAP dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atdı ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, 30 illik tarixini qələbələr və uğurlarla zənginləşdirərək bu gün dünyaya səs salan tarixi Zəfərimizdə töhfələrinin olmasından qürur hissi keçirir. Hər zaman qarşıdakı dövr üçün hədəflərini açıqlayarkən Yeni Azərbaycan Partiyası bu mühüm vəzifəni qarşısına qoydu ki, Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğinə, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin və söz sahibliyinin möhkəmləndirilməsinə töhfələr versin. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, soydaşlarımızın torpaq həsrətinə son qoyulması əsas hədəflərdən biri idi.
Bu gün Yeni Azərbaycan Partiyası 30 illik yubileyini məhz Zəfər ruhunda, işğaldan azad edilmiş ərazilərimizdə qalibiyyətimizin rəmzi olan üçrəngli bayrağımızın dalğalandığı, genişmiqyaslı bərpa-quruculuq işlərinin vüsət aldığı, Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrildiyi bir zamanda qeyd edir. Bu, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin əsas amalı idi.
Ümummilli Lider 2003-cü ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə və Yeni Azərbaycan Partiyasına böyük inamını ifadə edərək başa çatdıra bilmədiyi işləri xalqın dəstəyi ilə Prezident İlham Əliyevin başa çatdıra biləcəyini bildirdi. Son 19 ilin uğurları bu inamın təsdiqidir. Ümumilikdə ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra başlanan inkişaf yolu bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının 30 illik tarixi bu yolun uğurlarının təqdimatıdır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54

