Türk dövlətlərinin birliyi və sıx əməkdaşlığının inkişafında Azərbaycanın xüsusi rolu var
17.11.2022 [13:57]
İlqar İlyasov YAP Laçın rayon təşkilatının sədri
Türk dövlətlərinin birliyi və sıx əməkdaşlığının inkişafında Azərbaycanın xüsusi rolu var Türk dövlətlərinin birliyi, qarşılıqlı sıx əməkdaşlığı artıq ənənə halını alıb. Bu proseslərdə Azərbaycan dövlətinin xüsusi təşəbbüskarlığı və rolu vardır. Türk dövlətlərinin rəhbərləri açıq şəkildə bildirirlər ki, mehriban münasibətlər, qardaşlıq əlaqələrinin dərinləşməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüskarlığı və rolu danılmazdır. Hazırkı dünya dönəmində baş verən hadisələr göstərir ki, Türk dövlətlərinin birliyi nəinki faydalıdır, həmçinin labüddür.
Prezident İlham Əliyev 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bu məsələyə xüsusi diqqət ayıraraq vurğuladı ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Bu arada bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki,Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrdən kənarda da çoxsaylı soydaşlarımız yaşayır. O insanlar öz dilini inkişaf etdirməli, mədəniyyətini, tarixi adət ənənələrini qoruyub saxlamalıdır. Bu faktor hər zaman dövlət başçımızın diqqət mərkəzində olub. Cənab Prezident öz çıxışı zamanı bu məsələyə də xüsusi diqqət yetirərək bildirdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Azərbaycan Prezidentinin bu məsələyə nə qədər həssaslıqla yanaşması mövcud problemlərin açıq şəkildə vurğulanmasıdan aydın olur. Gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Azərbaycan Prezidentinin çıxışından bir daha aydın görünür ki, ölkəmiz türk birliyinin möhkəmlənməsinə maraqlıdır və öz töhfəsini verir.
Xəbər lenti
Hamısına baxDünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17

