Mövcud əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanlar var
09.11.2022 [16:00]
Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır. Ölkəmiz 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür və bu gün mövcud əməkdaşlığı daha da genişləndirmək üçün böyükimkanlar var. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlhamƏliyevin cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq DemokratikRespublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət kursu Azərbaycanın ən mötəbər beynəlxalq təşkilatlarda üzvlüyünü və iştirakını həmin təşkilatların üzv ölkələri üçün arzuolunan edir. Bu gün Azərbaycan 120 ölkəni bir arayagətirən və BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenadamühüm rol oynayır. Ölkəmiz bu təsisatın sədrliyinə 2019-cu ildən və bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir. Bu daAzərbaycanın mövqeyinə və siyasətinə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirən bir haldır. Ölkəmizin QoşulmamaHərəkatının sədri kimi fəaliyyətinin yüksək səmərəliliyi, ötən müddət ərzində irəli sürdüyü təşəbbüslərin effektivliyi buna səbəb oldu ki, Azərbaycanın təşkilata sədrliyi bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadıldı.
Əlcəzairə bu ölkənin Milli Azadlıq Günündə etdiyi səfər çərçivəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyev Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət edərək Əlcəzair xalqının öz azadlığı uğurunda verdiyi şəhidlərin xatirəsini yadetmişdir. Bundan sonra dövlətimizin başçısı Sammitdə etdiyiçıxışında Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı bir daha kəskin şəkildə pisləmiş və qeyd etmişdirki, dünya heç zaman bu faciəni unutmamalıdır. Həmçinin Azərbaycan Prezidenti vurğulamışdır ki, dünya birliyi gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlindən gələni etməlidir. Bugün Azərbaycanı öz ərazi bütövlüyünü təmin etmək üçün, BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək apardığı və tarixi Qələbə ilə başavurduğu ədalətli Vətən müharibəsinə görə qınamağa cəhd edən Fransa hökuməti yaxşı olardı ki, yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı apardığı dəhşətli işğalçı müharibə nəticəsində ölümünə səbəb olduğu 1,5 milyon əlcəzairlinin qanları barədə düşünsün. Cənab Prezident İlham Əliyev öz çıxışında səsləndirdiyi fikirləri ilə Azərbaycanın bütün hallarda yalnız haqqın və ədalətin yanında durduğunu və bundan sonra da duracağını bir daha bütündünyaya bəyan etdi.
Məlumdur ki, Azərbaycan da uzun müddət ərzində Əlcəzair kimiişğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində Azərbaycan həmişə ərəb ölkələrinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olandövlətlərin dəstəyini hiss edib. Həmçinin Azərbaycan da bütünbeynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdi. Dövlət başçımızın Sammitdəki çıxışında qeyd olunduğu kimi, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir və ölkələrimiz arasında birliyi nümayiş etdirir. Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusixarakteri vardır və bu gün bu münasibətləri daha da dərinləşdirmək, inkişaf etdirmək üçün geniş imkanlar yaranıb.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30

