Prezident İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı kimi yazdı
24.09.2022 [12:33]
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyevin Prezidentlik dövrünün 2003-2020-ci illəri torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq illəri kimi xarakterizə olunur. Bu illər ərzində Azərbaycan Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl üzərində uğurla inkişaf edərək hər bir sahədə təcrübəsi nümunə oldu. Dünyanın inkişafın Azərbaycan modelindən bəhs etməsi və öyrənilməsinin vacibliyinin vurğulanması uğurlu siyasətin göstəricisidir.
Prezident İlham Əliyev ən yüksək tribunalardan bu bəyanatı səsləndirdi ki, sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yoluna üstünlük veriləcəyi şəksizdir. Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi suveren hüququdur. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı olmaqla yanaşı, Vətən müharibəsini şərtləndirən amilləri də özündə ehtiva edir. Azərbaycanın yeganə problemi Qarabağ münaqişəsinin həlli idi. Dövlət başçısı İlham Əliyev müharibənin getdiyi dövrlərdə çoxsaylı xarici mətbuata müsahibələrində hər zaman bu fikri bildirirdi ki, Dağlıq Qarabağ məsələsi bizim üçün milli qürur məsələsidir. Həmçinin Qarabağın azad edilməsinin ulu öndər Heydər Əliyevin vəsiyyəti olması ilə bağı ünvanlanan sualları belə cavablandırırdı ki, hər zaman atamın yoluna sadiq olmağa çalışmışam. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq Azərbaycanın strateji hədəfləri dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.
Tarixi Zəfərə imza atmaqla ərazi bütövlüyümüzü təmin etdik, 30 illik işğala son qoyduq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yeni tarix yazdı. Azərbaycanın digər sahələrdə olduğu kimi, müharibə təcrübəsi də öyrənilir, təhlil edilir. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.
Keçilən yolun təhlili fonunda bu reallığı böyük qürurla qeyd edirik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim xalqın iradəsini və ölkəmizin maraqlarını uca tutur. Dövlət başçısı hərbi sahədə olduğu kimi, informasiya cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələrinin hər biri Azərbaycanın diplomatik uğurudur, həqiqətlərimizin beynəlxalq ictmaiyyətə çadırılmasında zəngin mənbədir.
“Dəmir yumruq” əməliyyatı birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi. 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə etdilər və bunu birgə imzaladıqları bəyanatla təsdiqlədilər. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız birliklərini, həmrəyliklərini atdıqları addımları ilə nümayiş etdirdi. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasına öz töhfələrini verən dünya azərbaycanlıları Vətən müharibəsinin gedişi dövründə bu istiqamətdə fəaliyyətlərinin uğurlu nəticələrini bu il Şuşada bir araya gələrək Zəfər Qurultayında müzakirə etdilər.
Ümumilikdə 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərimizin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı dastana çevrilib. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, Onun layiqli davamçısı, Özü qədər inandığı Prezident İlham Əliyev torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdı.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

