Saatlı seçiciləri böyük alim, tanınmış pedaqoq, akademik Əhliman Əmiraslanova səs verəcəklər
28.10.2010 [09:23]
Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov dünən Saatlı rayonunun Nərimankənd və Məzrəli kəndlərində seçicilərlə görüşüb. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri, partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Lütvəli Şıxəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman böyük xalq dəstəyinə güvənərək bütün seçkilərdə inamlı qələbə qazanıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb.
O daha sonra partiyanın 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanovun fəaliyyəti, tərcümeyi-halı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Əhliman Əmiraslanov kimi böyük alimin, bütün dünyada nüfuz qazanmış, dünya elmi ictimaiyyətinin mütləq əksəriyyətinin tanıdığı, ehtiram göstərdiyi bir şəxsin partiyamızın qərarı ilə məhz bu dairədən namizəd olaraq irəli sürülməsi bu ərazidə yaşayan hər bir seçici üçün böyük fəxrdir. O, bütün seçiciləri bir daha akademik Əhliman Əmiraslanova səs verməyə çağırıb.
Sonra çıxış edən YAP-ın 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanovun vəkili Ədalət Həsənov deyib ki, Əhliman müəllim haqqında geniş məlumat verməyə ehtiyac yoxdur: “Əhliman müəllimi hamımız yaxşı tanıyırıq, ona hörmətimiz sonsuzdur. O, nəinki çox gözəl həkim, akademik, gözəl pedaqoqdur, o həm də alicənab insan, əsl vətənpərvər, həqiqi ziyalıdır. Əhliman müəllimin bir üzü, bir sözü, bir əqidəsi var. Əqidəsi düz, sözünə bütündür. Mən əminəm ki, o sizləri Milli Məclisdə ən yüksək səviyyədə təmsil etməklə bərabər, hər birinizin, bütövlükdə Saatlının problemlərinin həllində əlindən gələni əsirgəməyəcək. Ona səs verəcəyiniz təqdirdə, müraciət edə biləcəyiniz etibarlı bir ünvan olacaq”.
Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov isə çıxışına onunla görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirərək başlayıb. O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Akademikin sözlərinə görə, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb: “Bu uğurları mən çalışdığım sahələrdə də aydın görmək mümkündür. Bilirsiniz ki, son illərdə ölkəmizin elmi potensialını gücləndirmək, təhsilin səviyyəsini yüksəltmək üçün mühüm islahatlar həyata keçirilib. Azərbaycanın təhsil sistemi Avropanın təhsil sisteminə uyğunlaşdırılıb. Eyni inkişafı səhiyyənin dirçəlməsində də görürük. Bu sahənin inkişafı üçün cənab Prezidentin rəhbərliyi ilə çox böyük addımlar atılıb. Hər bir bölgədə müasir tələblərə cavab verən mükəmməl tibb ocaqları, diaqnostika mərkəzləri, yeni xəstəxanalar tikilərək insanlarımızın istifadəsinə verilib. Bu işlərin həyata keçirilməsində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın da rolu danılmazdır. Bunlar isə yalnız bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşı daha yaxşı yaşasın, daha yaxşı təhsil alsın, daha sağlam olsun və dövlətçiliyimizin keşiyində daha fəal dayana bilsin. Təbii ki, bütün bu inkişafın əldə olunmasında, dövlətçiliyimizin möhkəmlənməsində Azərbaycanın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının xidməti və rolu inkarolunmazdır. YAP hakim partiya kimi, daim dövlətçiliyimizə xidmət edən, vətəndaşlarımızın daha da yaxşı yaşamasına təminat verən qərar və proqramların qəbul olunmasında birbaşa iştirak edib. Ona görə də, hamınızı əmin etmək istəyirəm ki, daim Azərbaycan dövlətçiliyinə, xalqımıza sədaqətlə xidmət edən, dövlətçiliyimizin inkişafının keşiyində dayanan Yeni Azərbaycan Partiyasının bütün namizədləri bu seçkilərdə qalib gələrək Milli Məclis üzvlüyünə seçilərsə, məhz bu amala xidmət edəcək”.
Daha sonra millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də məlumat verən akademik Əhliman Əmiraslanov deyib ki, millət vəkilinin ən əsas vəzifəsi ölkəmizin inkişafı üçün daha mütərəqqi, daha işlək qanunların qəbuluna çalışmasıdır: “Mən də bu sahədə fəal olacağam. Həmçinin, hər bir seçicimizin problemlərinə öz problemim kimi yanaşacaq, onların həllində səylərimi əsirgəməyəcəyəm. Mən inanıram ki, sizlərin xatirində sözün həqiqi mənasında yaxşı millət vəkili kimi qalacağam. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev mənə böyük etimad göstərərək, namizədliyimi irəli sürüb. Mən öz fəaliyyətimlə cənab Prezidentin, partiyamızın etimadını doğruldacağam. Təbii ki, bu da nəticə etibarilə sizlərə daha yaxşı xidmət etmək, sizi daha yüksək səviyyədə təmsil etmək deməkdir”.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxAnalitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51

