YAP Səbail rayon ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir
22.12.2021 [12:53]
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı “Neftçilər prospekti 73” (Socar Nəqliyyat İdarəsi ) ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Ərazi partiya təşkilatının sədri Məhəmmədəli Mürsəlov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
M.Mürsəlov bildirib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində, istərsə də rayonlarda keçirilən tədbirlərində fəal iştirak edirlər.
Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib.
Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.
Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. Azərbaycanın uğurlu daxili və xarici siyasətinin verdiyi bəhrələrdən danışan Muxtar Nağıyev bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev heç bir xarici təzyiqə məhəl qoymadan xalq və dövlət maraqlarının təminatçısı kimi addımlar atdı. “Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızı qələbəyə səsləyən və xalqımızı məqsəd ətrafında birləşdirən rəhbər çağırışı oldu. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızı dövlət başçısının ətrafinda topladı”, - deyə M.Nağıyev əlavə edib.
Rayon təşkilatının sədri yeni seçilmiş sədr və müavini təbrik edib, onlara və təşkilat üzvlərinə işlərində uğurlar arzulayaraq iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. M.Nağıyev çıxışının sonunda partiyanın 7-ci qurultayında YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər barədə danışıb, yeni struktur barədə partiya fəallarına geniş məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

