/ / Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
27.08.2019 [09:12]
Avqustun 24-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, millət vəkilləri Hadi Rəcəbli, Nəriman Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, yeni nailiyyətlərin qazanıldığını bildirib. O, Azərbaycanın dünya miqyasında idman, multikulturalizm, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrildiyini qeyd edib.
Daha sonra isə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edib. Əli Əhmədov ölkəmizdə gənclər üçün hər cür həyat şəraitinin yaradıldığını bildirib. Baş nazirin müavini gənclərin Azərbaycanda və ondan kənarda da dövlətimizi və dövlətçiliyimizi müdafiə etdiklərini deyib.
YAP Sədrinin müavini onu da qeyd edib ki, biz gənclərimizə böyük inamla yanaşırıq: “Onların bu günü və gələcəyi üçün Azərbaycan hökuməti böyük işlər görməkdədir. Cənab Prezident İlham Əliyevin apardığı siyasətdə gənclərə çox böyük önəm verilir. Bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, onlarla müxtəlif tədbirlər keçiririk və daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Gənclik, eyni zamanda, gələcək, müasirlik deməkdir. Biz istəyirik ki, Azərbaycanın gəncləri yaxşı təhsil alsınlar və biliklərə yiyələnsinlər. Mən əminəm ki, cənab Prezident İlham Əliyevin apardığı siyasəti gənclərimiz dəstəkləməklə həmin siyasətin həyata keçməsinə öz töhfələrini verəcəklər”.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Nəriman Əliyev çıxış edərək gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməklərindən, dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olduqlarından bəhs ediblər.
Daha sonra idmançılar arenaya çıxıb, öz məharətlərini göstəriblər. Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə davam edib.
Sonda idmançılarla xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 15:19
Gündəm
15 May 15:18
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27

