YAP Gəncə şəhər təşkilatında mükafatlandırma mərasimi keçirilib
31.05.2014 [09:14]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında təşkilatın Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr etdiyi silsilə tədbirlərin yekunu və mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin məsul işçiləri, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, təşkilatın idarə heyəti və şura üzvləri, partiya fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar və tələbə-gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, bu tədbir çox əlamətdar bir dövrdə keçirilir: “Bütün gəncəlilər xalqımıza xoşbəxtlik, firavan həyat, əmin-amanlıq bəxş edən Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş möhtəşəm tədbirlərin qürurlu və sevincli təəssüratları içərisindədir. İki gün bundan əvvəl isə 28 May - Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətin yaranmasının 96 -cı ildönümünü yüksək təntənə ilə qeyd etdik. Bu tarixi hadisələri xalqımız, eləcə də, Ulu öndərin müdrik siyasi kursuna həmişə sadiq olan, qədirbilən gəncəlilər görkəmli nailiyyətlərlə, həyatımızın bütün sahələrində sürətli inkişaf və tərəqqidən doğan fərəh hissi ilə qarşıladılar”.
N.Həmzəyev daha sonra qeyd edib ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirib. Həmin tədbirlər çərçivəsində ali və orta ixtisas təhsil müəssisələri arasında futzal, şahmat turnirləri, bilik yarışı geniş yer alıb. Eyni zamanda, bu münasibətlə YAP Gəncə şəhər təşkilatı, Gəncə şəhər Gənclər və idman baş idarəsi, Respublika “Təhsil” İdman Mərkəzi Gəncə filialının birgə təşkilatçılığı ilə gənclər arasında ağırlıqqaldırma, bədii gimnastika, cüdo və yeniyetmələr arasında futzal turniri keçirilib. Bütün yarışlarda ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, fəalları, təşkilatçılar, iştirakçılar, tələbə-gənclər dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət, məhəbbət, yüksək vətənpərvərlik, coşqu, işgüzarlıq, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş etdiriblər.
Sonra Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən müxtəlif yarış və müsabiqələrin qalibləri mükafatlandırılıblar. Tədbirdə AMEA-nın Gəncə Bölməsinin akademik katibi, akademik Fuad Əliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, AzTU-nun prorektoru Məntiq Cəfərov, GDU-nun rektoru, professor Yusif Yusifov, Gəncə Humanitar Kollecin direktor müavini Təranə Məmmədova çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

