Gəncədə şəhid övladları üçün “Yay məktəbi” uğurla başa çatıb
03.07.2026 [18:22]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı tərəfindən şəhid övladları üçün “Yay məktəbi” layihəsi uğurla başa çatıb.
Şəhid övladlarının asudə vaxtının səmərəli təşkili, onların mənəvi-psixoloji inkişafının dəstəklənməsi, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi və sosial inteqrasiyasına töhfə vermək məqsədi ilə reallaşdırılan layihə 5 gün davam edib.
“Yay məktəbi”nin ilk günü iştirakçılar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə, Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və partiya fəalları ilə birlikdə Gəncə Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzüblər.
Daha sonra xalqımızın yaddaşında silinməz iz qoymuş hadisələrin gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıyan Gəncə Memorial Kompleksinə ziyarət təşkil olunub.
“YAP Gəncə şəhər təşkilatının qərargahında şəhid övladları 5 gün ərzində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin regional filialının mütəxəssisləri tərəfindən keçirilən psixoloji dəstək və maarifləndirici təlimlərdə, maarifləndirici seminarlarda, intellektual oyunlarda və sosial-inkişaf proqramlarda iştirak edib, Gəncənin tarixi-mədəni abidələrini və muzeylərini ziyarət ediblər. Balacalar CineMastercard kinoteatrlar şəbəkəsinin Gəncə filialı, Gəncə MALL ticarət və istirahət mərkəzi, eləcə də Gəncland Ailəvi İstirahət və Əyləncə Kompleksi tərəfindən təşkil olunan müxtəlif əyləncə proqramlarında iştirak ediblər.
Layihənin sonunda YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov uşaqlarla görüşdü, onlara kitab hədiyyə etdi, xatirə şəkili çəkdirildi.
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08

