Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH
28.09.2026 [17:39]
Həyatının uşaqlıq və yeniyetməlik dövrü 1980-ci illərin sonlarına və 1990-cı illərin əvvəllərinə təsadüf edənlər xatırlaya bilərlər ki, həmin dövrdə bəzi cığal uşaqlar daim ciblərinə daş qoyub gəzirdilər. Təbiidir ki, xırda daşlar heç bir ciddi xəsarətə səbəb ola bilməzdi. Üç-dörd çınqıl daş hadisəyə ətrafda dayananların diqqətini cəlb etməkdən və əks tərəfi qorxutmaqdan başqa heç nəyə yaramır. Bu cür uşaqları məktəb və məhəllədə hamı tanıyar, onlar ilə ünsiyyətdə olmaqdan çəkinərdi. Həmin uşaqlarla dostluq etməkdən isə söhbət belə gedə bilməzdi. Bu gün müasir beynəlxalq münasibətlər sistemində cərəyan edən bəzi proseslərə diqqət yetirəndə qeyri-iradi olaraq 1980-ci illərin həmin cığal uşaqlarının əməlləri yada düşür.
Bu sözlər AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil deyib.
O bildirib ki, bəzi dövlət və beynəlxalq təşkilatlar bəhs etdiyimiz 1980-ci illərin cığal uşaqları kimi, hələ də öz ciblərində çınqıl daşlar daşıyır. Hamımız çox gözəl bilirik ki, bu “daşlar”ın mütəmadi şəkildə atılan ünvanlarından biri də məhz Azərbaycan-Türkiyə münasibətləridir. Münaqişə, qarşılıqlı şübhə və ünsiyyətləri boğan tərəddüdlər ilə hər gün daha da zənginləşən beynəlxalq münasibətlər sisteminə yeni əməkdaşlıq modelini gətirmiş Azərbaycanla Türkiyənin qlobal geosiyasi məkanda vahid mövqedən çıxış etməsi, görünür, müəyyən oyunçuların çox ciddi narahatlığına səbəb olub. Bəli, ötən illərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri müxtəlif bəhanələrlə dəfələrlə xain hücumlara məruz qalmışdı. Ancaq qərəzli manipulyatorlar heç zaman unutmamalıdırlar ki, qardaş Türkiyənin inkişafı Azərbaycan xalqı üçün toxunulmaz mövzudur. İki qardaş dövlətin mövcud münasibətlərinin toxunulmazlığı isə Azərbaycanın xarici siyasətinin “qırmızı xətti”dir. Dövlətlərimiz arasında olan münasibətlər, sadəcə, ikitərəfli qardaşlıq əlaqələri formatına sığışmır. Azərbaycan-Türkiyə tandemi qlobal münasibətlər sistemində mütləq nəzərə alınmalı mühüm beynəlxalq amilə çevrilib. Dünya ictimaiyyəti yaxşı bilir ki, beynəlxalq münasibətlər sistemində həm Azərbaycan, həm Türkiyə müstəqil aktor olaraq artıq bir yox, iki səsə malikdir. Bununla da Azərbaycan və Türkiyə müasir beynəlxalq münasibətlər sisteminə yeni etibarlı davranış modelini təqdim etmiş olur.
Politoloq qeyd edib ki, dövlətlərimiz arasında münasibətlər hansısa siyasi konyunkturadan asılı olmayıb və olmayacaq. Kimlərinsə fani geosiyasi maraqları da əbədi olan milli və mədəni identikliyə qalib gələ bilməz. Bizi birləşdirən amillərin mahiyyət və məzmununa diqqət yetirin: din, tarix, coğrafiya, dil, dövlət başçıları arasında olan etibarlı münasibətlər, iqtisadi maraqlar, regionun inkişafı ilə bağlı ortaq fikirlər, konkret hadisələrlə sınanılmış güvənli münasibətlər, hər iki xalqın mental keyfiyyətləri, tarixi şəxsiyyətlər və daha nələr... Əlbəttə ki, bu cür yaxınlığı sarsıtmaq mümkünsüzdür. Qərəzli müdaxilələrin nəticəsində mövcud münasibətlərin müəyyən bir istiqaməti üzrə yarana biləcək müvəqqəti “boşluqlar” dərhal onlarla digər uğurlu və mübahisəsiz amillər ilə kompensasiya oluna bilir. Ciblərində “daş” gəzdirən “cığal” manipulyatorlar unutmasınlar ki, dağa atılan çınqıl daşlar ona zərər verə bilməz. Əksinə atılan daşlar dağı yalnız daha da böyüdə bilər.
“Bəli, Azərbaycan-Türkiyə qardaşlığı müasir beynəlxalq münasibətlər sisteminin əzəmətli dağlarından biridir. Sözügedən “dağ” isə öz növbəsində Türk dünyasının mühüm zirvələrindən biridir. Ulu Öndər Heydər Əliyevin “İki dövlət bir millət” ifadəsi hər iki xalqın tarixinin üzərinə vurulmuş əbədi ideoloji möhürdür. Sentyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi son günlərdə atılan çınqıl daşların əzəmətli Azərbaycan-Türkiyə dağının qarşısında nə qədər cılız və kiçik olduğunu bir daha nümayiş etdirdi. İki qardaş ölkə arasında münasibətlərin “pərəstişkarları” onu da unutmasınlar ki, ciblərində daşıdıqları çınqıllar onlara rahat yeriməyə mane olur.
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

