Şuşa Bəyannaməsi: Regional sabitliyin və müttəfiqliyin hüquqi təməli
11.06.2026 [18:06]
Şuşa Bəyannaməsinin siyasi və tarixi baxımdan əhəmiyyətini artıran əsas məqamlardan biri onun 15 İyun – Milli Qurtuluş Günündə, Azərbaycanın mədəniyyət beşiyi hesab edilən Şuşa şəhərində imzalanmasıdır. 1993-cü ildə ölkəni ağır siyasi böhrandan və vətəndaş qarşıdurmasından xilas edən ümummilli lider Heydər Əliyevin fəaliyyətinin ildönümünə təsadüf edən bu tarixdə, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyev Türkiyə ilə müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəldən Şuşa Bəyannaməsinə imza atdı. Bu sənəd Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında mühüm dönüş nöqtəsi hesab olunur. Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi və Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı ifadə etdiyi qardaşlıq ideyaları məhz 15 iyun 2021-ci ildə daha yüksək səviyyədə təsdiqini tapdı və iki ölkə arasında strateji tərəfdaşlığın yeni əsaslarını formalaşdırdı.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin ortaq maraqlar naminə imkanlarını birləşdirməsinin, regional və beynəlxalq proseslərdə koordinasiyalı fəaliyyət göstərməsinin nəticəsi kimi çıxış edir. Bununla yanaşı, sənəd Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və nüfuzunun artmasına mühüm töhfə verdi.
Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası prosesində Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstək Azərbaycan cəmiyyəti tərəfindən yüksək qiymətləndirilir. Hazırda iki ölkənin Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi, nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də regional əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər bunun bariz nümunəsidir.
Bəyannamə iki dövlət arasında müttəfiqlik münasibətlərinin siyasi və hüquqi əsaslarını müəyyən edən mühüm sənəd kimi çıxış edir. Burada dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsipləri xüsusi vurğulanır. Həm Azərbaycan, həm də Türkiyə milli maraqlarını qorumağa yönəlmiş müstəqil xarici siyasət kursunu davam etdirir və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirirlər.
Sənəddə siyasi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi xüsusi yer tutur. Razılaşmaya əsasən, tərəflərdən birinin təhlükəsizliyinə və ya ərazi bütövlüyünə qarşı hər hansı təhdid yarandığı halda birgə məsləhətləşmələr aparılacaq, beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək və qarşılıqlı yardım göstəriləcəkdir.
Şuşa Bəyannaməsində həmçinin iki ölkənin Təhlükəsizlik Şuraları arasında müntəzəm əməkdaşlığın həyata keçirilməsi, regional və beynəlxalq təhlükəsizlik məsələlərinin birgə müzakirəsi nəzərdə tutulur.
İqtisadi sahədə sənəd ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının artırılması, sərbəst mal dövriyyəsinin təmin edilməsi və enerji layihələrinin inkişaf etdirilməsi kimi istiqamətləri əhatə edir. Xüsusilə Cənub Qaz Dəhlizinin səmərəli istifadəsi və gələcək inkişafı iki dövlətin ortaq prioritetlərindən biri kimi qeyd olunur.
Bəyannamədə əks olunan mühüm məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu layihə yalnız nəqliyyat bağlantılarının genişlənməsinə deyil, həm də Azərbaycanla Türkiyə arasında birbaşa əlaqələrin güclənməsinə xidmət edir. Dəhlizin istifadəyə verilməsi regionun iqtisadi inkişafına və beynəlxalq ticarət imkanlarının artmasına mühüm təsir göstərəcək.
Sənəd diaspor fəaliyyəti sahəsində də əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Dünyanın müxtəlif ölkələrində yaşayan türk icmalarının birgə fəaliyyət göstərməsi, ortaq maraqların müdafiəsi və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində koordinasiyanın gücləndirilməsi xüsusi vurğulanır.
Şuşa Bəyannaməsində tarixi hadisələrin siyasiləşdirilməsi və təhrif olunmasına qarşı çıxılır, tarixi məsələlərin obyektiv araşdırılması üçün elmi yanaşmanın vacibliyi qeyd edilir. Bununla yanaşı, informasiya və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ictimai diplomatiya imkanlarından istifadə olunması və türk dünyasının həmrəyliyinin gücləndirilməsi də sənədin əsas istiqamətləri sırasında yer alır.
Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli münasibətlər bütövlükdə regionun inkişafına və təhlükəsizliyinə müsbət təsir göstərir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi dəstək iki ölkənin qardaşlıq münasibətlərinin gücünü bütün dünyaya nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq mübarizəsinə verdiyi açıq dəstək və Zəfər Paradında Prezident İlham Əliyevlə birlikdə iştirak etməsi bu birliyin simvoluna çevrildi.
Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postmüharibə mərhələsinin yeni reallıqlarını formalaşdırır və inkişaf strategiyasını müəyyənləşdirir. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi isə bu prosesdə mühüm siyasi dayaq rolunu oynayır və ölkənin beynəlxalq mövqeyinin daha da güclənməsinə şərait yaradır.
Aradan keçən illər ərzində Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyib. Bu sənəd həm iki qardaş ölkənin strateji müttəfiqliyinin göstəricisi, həm də Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın inkişafına yönəlmiş mühüm siyasi platforma kimi çıxış edir.
Çinarə Tağızadə
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi, partiya fəalı
Xəbər lenti
Hamısına baxDünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45

