SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir
28.04.2026 [17:03]
Son illərdə dövlətlərarası münasibətlərdə müəyyən gərginliklər yaranıb. Bu gərginliklər bəzən siyasi qarşıdurmalara səbəb olur, müharibələrlə nəticələnir. İran-İraq, İsrail-İran, İsrail-Livan və Rusiya-Ukrayna müharibələrini buna misal göstərmək olar. Azərbaycan da müharibə taleyi yaşayan ölkələrdən olub. Ötən əsrin sonlarında ərazi iddiasına görə Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başladı. 1994-cü ilin may ayının 12-də atəşkəs haqqında razılıq imzalansa da, Ermənistan atəşkəsə əməl etmir, ərazilərimizə hərbi təcavüzü davam etdirirdi. Belə hücumlardan biri 2020-ci il sentyabrın 27-də oldu və Azərbaycan Ordusu hücumun qarşısını qətiyyətlə aldı. Bu təxribatdan sonra Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Bu, İkinci Qarabağ müharibəsi, mahiyyəti baxımından Vətən savaşı idi. 44 günlük müharibədə Bakını siyasi baxımdan dəstəkləyən dövlətlərdən biri də Ukrayna oldu. Azərbaycan müharibədə tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü tam bərpa etdi. Nəticədə ölkəmizin dinamik inkişafı daha uğurla davam etdirilməyə başlandı. Dünya dövlətlərinin Azərbaycana yüksək siyasi etimadı daha da möhkəmləndi, qarşılıqlı münasibətlərin daha böyük formatda inkişafında əhəmiyyətli oldu. Hazırda müharibə aparan dövlətlər də Azərbaycanın siyasi nüfuzundan, ölkəmizin sülhyaratma missiyasından bəhrələnməyə maraqlıdırlar. Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında Azərbaycanla Ukrayna dövlət başçılarının son görüşlərinin beynəlxalq təşkilatların toplantılarında olduğunu, Ukraynaya səfərlərinin tarixini, mahiyyətini xatırladaraq görüşlərdə müzakirə edilən məsələlərdən də söz açdı. Dövlətimizin başçısı 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalandığını, həmin sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələlərinin öz əksini tapdığını da xatırlatdı. Bu xatırlatmalar əlaqələrin etibarlığının daha da möhkəmləndirilməsi zərurətinə yönəldilmiş xatırlatmalar kimi qəbul edildi. Prezident İlham Əliyev mətbuata bəyanatında dedi ki, “Bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi. SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir. Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var. SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir”. Dövlətlərarası münasibətlər siyasi münasibətlərlə məhdudlaşmır. Bu baxımdan ikitərəfli münasibətlər həm də sosial həyatın bütün sahələrini, bu sıradan iqtisadi münasibətləri də əhatə edir. Dünya iqtisadiyyatı belə münasibətlərlə tənzimlənir. Azərbaycan ən etibarlı tərəfdaş kimi bu münasibətlər sistemində böyük etibara və etmada malikdir. Dünyanın əksər dövlətləri ilə səmimi siyasi münasibətləri olan Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətdir. Bu gücü onun iqtisadi inkişafı şərtləndirir. Prezident İlham Əliyev dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində qarşılıqlı etimadın, inamın ifadəsi olan rəsmi səfərlərin əhəmiyyəti haqqında da fikirlərini bildirdi. Bu fikirlər təkcə bir görüşü, bir səfəri deyil, ümumən görüşləri, səfərləri şərtləndirən siyasi düşüncələrdir. Səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatında bildirdi ki, Moskva razılıq verərsə, danışıqlar prosesinin Azərbaycanda davam etdirilməsi mümkündür. Rəsmi Kiyevin fikrincə, Bakı iki dövlət arasında dialoqu təşkil edə bilər. Bu yanaşma Azərbycanın sülh məramlı bəşəri dövlət olduğunun ifadəsidir. Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də Azərbaycana səfəri həm də bu gerçəkliyin bir daha ifadə olunmasıyla tarixləşdi.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

