Nizami rayonunda “Dirçələn Qarabağ, abadlaşan Xocalı” mövzusunda tədbir keçirilib
25.02.2026 [12:31]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Dirçələn Qarabağ, abadlaşan Xocalı” mövzusunda tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə “Dirçələn Qarabağ, abadlaşan Xocalı” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Akt zalında davam etdirilən tədbir müasir və müstəqil Azərbaycan Respublikasının banisi, Xocalı soyqırımına ilk dəfə siyasi qiymətin verilməsinin təşəbbüskarı Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Xocalı soyqırımına həsr edilmiş videoçarxa baxış olub.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, Milli Məclisin deputatı Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, Xocalı soyqırımını törədənlərin məqsədi xalqımızı sarsıtmaq, milli ruhumuzu sındırmaq olsa da, onlar buna nail olmadılar. Ötən 34 il ərzində Azərbaycan xalqı və dövləti nəinki Xocalı soyqırımının qurbanlarını unutmadı və unutdurmadı, hətta erməni şovinistlərinin iç üzünü ifşa etdi.
Qeyd olunub ki, Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər göstərib, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılıb.
Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığına qovuşub, Xocalı soyqırımı qurbanlarının, həmçinin digər şəhidlərimizin qanı yerdə qalmayıb, qisası alınıb, eləcə də soyqırımı təşkilatçıları, iştirakçıları olan separatçılar və terrorçular məhkəmə qarşısında cavab veriblər.
Vurğulanıb ki, Xocalı şəhəri 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılılar öz doğma yurdlarına qayıdırlar.
Çıxışlardan sonra “Dirçələn Qarabağ, abadlaşan Xocalı” mövzusunda keçirilmiş rəsm və inşa müsabiqəsinin qaliblərinin təltif olunması mərasimi keçirilib. Məlumat verilib ki, Nizami rayonunda fəaliyyət göstərən 30 təhsil müəssisəsi üzrə inşa müsabiqəsinə 71, rəsm müsabiqəsinə isə 49 iş daxil olub.
Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirilib. Qaliblərə diplomlar, hədiyyələr təqdim olunub, müsabiqə iştirakçılarına isə sertifikatlar verilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41

