Gənclər dövlətin sarsılmaz gələcəyinin təminatçısıdır
30.12.2025 [20:29]
Ümummilli Lider Heydər Əliyevin dərindən düşündüyü, elmi əsaslarla hazırladığı və bu gün qətiyyətlə həyata keçirilən daxili və xarici siyasət kursu möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə uğurla davam etdirilir, Ulu Öndərin şah əsəri olan müasir Azərbaycan dövləti gündən-günə daha da qüdrətlənir, zənginləşir və hərtərəfli inkişaf edir. Son 22 ilin bütün sahələr üzrə göstəriciləri onu deməyə əsas verir ki, dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. Sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət aparan, tarixinin ən güclü dövrünü yaşayan suveren Azərbaycan 2003-cü ildən indiyədək sürətli sosial-iqtisadi inkişaf və tərəqqi dövrü yaşayıb. Güclü iradəyə, qüdrətli orduya və eyni zamanda, güclü imkanlara malik olan ölkəmiz öz daxili resursları hesabına yaşayır və inkişaf edir. Həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq davamlı, dinamik inkişaf tempi ölkə həyatının bütün sahələrində özünü göstərmişdir.
Müstəqil Azərbaycan dövləti tarixə qovuşan 2025-ci ili də uğurlu nəticələrə başa vurur. Bütün sahələrdə oluğu kimi, idman sahəsində də yerimiz və mövqeyimiz daha da möhkəmlənmişdir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmana olan yüksək qayğısı sayəsində idmançılarımız nüfuzlu beynəlxalq yarışlarda saysız qalibiyyətlərə imza ataraq bayrağımızı ucaldırlar. Eləcə də, ölkəmizdə təşkil edilən mötəbər idman yarışları və tədbirlərinin yüksək təşkilatçılıq səviyyəsi ilə keçirilməsi Azərbaycanın idman salnaməsinə yeni nailiyyətlər ili kimi yazılıb.
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, cari il Azərbaycanın idman həyatında uğurlu və əlamətdar hadisələrlə zəngin olub, idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, bunun 600-dən çoxu qızıl medal olub. “Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.
Qürurla söyləmək olar ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla ümummilli hərəkata çevrilib, dövlətin hədəf prinsiplərinə uyğun olaraq, dayanıqlı dinamikası daha da güclənib. Cənab Prezident bu məsələyə diqqət çəkərkən bəyan etdi ki, dövlət xətti ilə idman sektorunda bir çox proqramlar icra olunur, idman infrastrukturu daha da möhkəmləndirilir və regional səviyyədə inkişaf təmin edilir.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycan idmançıları 2025-ci il ərzində dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə yüksək peşəkarlıq nümayiş etdirmiş, ölkəmizi layiqincə təmsil etmişlər. Qazanılan medallar, əldə olunan reytinq xalları və idmançıların iradəli çıxışları uzun illər aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Dövlətimizin başçısı Azərbaycan idmanının bugünkü səviyyəyə çatmasında dövlətin ardıcıl dəstəyinin həlledici rol oynadığını vurğulayıb. Qeyd edib ki, son illər ərzində ölkənin bütün bölgələrində müasir idman infrastrukturu yaradılıb, Olimpiya İdman Kompleksləri və idman mərkəzləri gənclərin ixtiyarına verilib. Bu isə həm kütləvi idmanın, həm də peşəkar idmanın inkişafına geniş imkanlar açıb.
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev idmançıların, məşqçilərin və federasiya rəhbərlərinin əməyini yüksək qiymətləndirərək, onların uğurlarının dövlət tərəfindən daim diqqətdə saxlanıldığını bildirib.
Prezident İlham Əliyev öz çıxışında idmanın sosial-mənəvi tərəfinə xüsusi toxunaraq bildirdi ki, əsas hədəf yalnız medallar deyil, həm də fiziki və mənəvi baxımdan sağlam gəncliyin yetişdirilməsidir. İdmanın inkişafı yalnız medalların sayı ilə ölçülmür. Bu inkişaf, əslində, daha güclü, daha mütəşəkkil və daha vətənpərvər bir Azərbaycan naminə atılan strateji addımdır. İdman meydanlarında yetişən hər bir sağlam gənc, dövlətin sarsılmaz gələcəyinin təminatçısıdır.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

