Yaşar Güler: Ankaradakı NATO sammiti Alyans üçün dönüş nöqtəsi olacaq
19.06.2026 [12:50]
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada keçiriləcək NATO zirvə toplantısını “xüsusilə əhəmiyyətli” və “dönüş nöqtəsi” adlandırıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə müdafiə naziri NATO nazirlər görüşündə iştirak etdiyi Brüsseldə jurnalistlərlə söhbətində 7-8 iyul tarixlərində Ankarada keçirilməsi planlaşdırılan Alyansın sammitinin onun gündəliyinin sadəcə növbəti müzakirəsi deyil, “hərbi-siyasi blokun dəyişən təhlükəsizlik mühitinə uyğunlaşmaq əzmi və gələcək üçün strateji vizyon müəyyən edilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
Onun sözlərinə görə, Alyans hazırda tarixinin ən mürəkkəb təhlükəsizlik vəziyyətlərindən biri ilə üzləşir. “Ənənəvi” təhdidlərlə yanaşı, hibrid çağırışlar, kiberhücumlar, terrorizm və enerji təhlükəsizliyi riskləri də mövcuddur. Hazırkı vəziyyətdə Türkiyə NATO-nun təkcə coğrafi mərkəzlərindən biri deyil, həm də blokun strateji düşüncəsinin və əməliyyat potensialının ayrılmaz hissəsidir”, - deyə Gülər bildirib. O, həmçinin Ankarada keçiriləcək NATO sammitini “Türkiyənin hərbi töhfəsinin, əməliyyat təcrübəsinin və potensialının təbii təzahürü” adlandırıb.
Nazir vurğulayıb: “Türkiyənin məqsədi NATO daxilində birlik və həmrəyliyi gücləndirmək, Avro-Atlantik məkanında təhlükəsizliyə ortaq öhdəliyimizi vurğulamaq və Alyansı təhdidlərə daha yaxşı hazırlayacaq strateji bir vizyonun inkişafına töhfə verməkdir. Biz inanırıq ki, Ankara sammiti tarixi olacaq, birlik və həmrəyliyi gücləndirəcək və Alyansın gələcəyi üçün yeni üfüqlər açacaq”.
Y. Güler böhranların həllinə, dialoq kanallarının dəstəklənməsinə və regional sabitliyə töhfə verməyə yönəlmiş Türkiyənin xarici siyasətinə diqqət çəkib.
Rusiya ilə Ukrayna arasındakı müharibəni şərh edən Gülər qeyd edib ki, Moskva və Kiyev arasındakı qarşıdurma Avropa təhlükəsizlik arxitekturasına, enerji təhlükəsizliyinə, qlobal ticarət yollarına və NATO-nun təhlükəsizlik gündəliyinə birbaşa təsir göstərir.
“Münaqişənin əvvəlindən bəri Ankara bu məsələyə balanslı, prinsipial və konstruktiv yanaşma sərgiləyib. Türkiyə Montrö Konvensiyasını ciddi şəkildə tətbiq edir və Qara dəniz bölgəsi dövlətləri arasında əməkdaşlığa dəyər verir. Eyni zamanda, biz Qara dənizi Avro-Atlantik təhlükəsizliyinin ayrılmaz hissəsi hesab edirik”, - deyə o bildirib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35

