Minlərlə ailənin və bütövlükdə cəmiyyətimizin sevincinə səbəb
17.12.2025 [16:31]
Məlumdur ki, ölkəmizin suverenliyinin tam bərpa olunması, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar edilməsi xalqımızın əsrlərlə arzuladığı tarixi qələbədir. Bu qələbə yalnız hərbi-siyasi zəfər deyil, həm də hüquqi və mənəvi bütövlüyün təmin olunmasıdır. Məhz bu böyük tarixi mərhələdə Prezident İlham Əliyevin amnistiya təşəbbüsü irəli sürməsi dövlətin öz vətəndaşına olan münasibətinin ən ali nümunəsidir. Bu addım Azərbaycanın güclü olduğu üçün bağışlamağı bacaran, ədaləti cəza ilə deyil, tərbiyə və yenidənqurma ilə tamamlayan dövlət olduğunu nümayiş etdirir. Amnistiya aktının fəlsəfəsində Azərbaycan dövlətinin əsrlər boyu formalaşmış humanizm və mərhəmət dəyərləri dayanır. Prezident İlham Əliyevin bu təşəbbüsü cəmiyyətə açıq bir mesajdır. Dövlət cəza verməklə kifayətlənmir, islah etməyi, insanı yenidən cəmiyyətə qazandırmağı da öz missiyası sayır. Layihəyə əsasən Vətən müharibəsində, 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslər, qadınlar, 60 yaşdan yuxarı şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər həssas sosial qruplar amnistiyanın əhatə dairəsinə daxil edilir. Bu yanaşma göstərir ki, dövlət sosial ədaləti formal hüquq çərçivəsində deyil, insani talelər prizmasından qiymətləndirir. Xüsusilə vurğulanmalıdır ki, Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçılarının və onların ailə üzvlərinin amnistiya aktında xüsusi yer alması dövlətin qəhrəmanlarına və onların ailələrinə verdiyi dəyərin hüquqi ifadəsidir. Bu, həm də milli birlik və sosial həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Qalib dövlət intiqamla deyil, ədalətli mərhəmətlə tarixə düşür. Ölkəmiz bu gün məhz bu mərhələdədir.
Yeri gəlmişkən, Amnistiya təşəbbüsü eyni zamanda hüquqi baxımdan cəzanın tərbiyəvi mahiyyətinə verilən önəmi göstərir. Böyük ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının azaldılması hüquqi sistemin çevikliyinin göstəricisidir. Bu yanaşma cəmiyyətə belə bir mesaj verir. Cinayətə qarşı mübarizə sərtdir, lakin insanın islahına inam daha güclüdür. Proqnozlara görə, bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı humanitar hüquqi akt olacaq. Ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək amnistiya 5 mindən çox məhkumun azadlığa buraxılmasını, minlərlə şəxsin cəzasının azaldılmasını, minə yaxın şəxsin cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutur. Bu statistika sadəcə rəqəmlər deyil minlərlə ailənin ümidinin, sosial sabitliyin və ictimai etimadın bərpasıdır.
Ən əsası, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü bir daha sübut edir ki, müasir Azərbaycan dövlətçiliyinin fəlsəfəsi güc ilə humanizmin vəhdətinə əsaslanır. Bu təşəbbüs hüquqi islahatların, sosial ədalətin, milli birliyin və qalib dövlət məsuliyyətinin parlaq nümunəsidir. Bu gün ölkəmiz yalnız torpaqlarına deyil, insan talelərinə də sahib çıxan dövlətdir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37

