YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub
16.12.2025 [17:29]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə 15 dekabr - Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankara şəhərində keçirilən tədbirdə iştirak edib.
Türkiyə Respublikasının Prezidenti, AK Parti Sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbirdə partiyanın “Türk Dünyası Strateji Baxış Sənədi” təqdim olunub.
Tədbirdə çıxış edən AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Kürşad Zorlu konsepsiyada qarşıya qoyulan əsas hədəfin türk dövlətləri arasında bütün səviyyələrdə əlaqələrin daha da möhkəmləndirilməsi və Türk dünyasının ortaq gələcəyinin formalaşdırılması olduğunu bildirib.
Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək beynəlxalq müstəvidə, o cümlədən Türk dünyasında sülh və təhlükəsizlik naminə işbirliyinin önəmini nəzərə çatdıraraq xalqların rifahı və ölkələrin tərəqqisi naminə beynəlxalq hüquq normalarına əsaslanan məqsədyönlü siyasətin vacibliyinə toxunub.
Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının yaradılması və çoxşaxəli fəaliyyətinin Türk dünyasında birlik və əməkdaşlığın gücləndirilməsində müstəsna rolunu qeyd edərək “Türk Dünyası Strateji Baxış Sənədi”nin qəbul olunması ilə bu istiqamətdə çox mühüm bir addım atıldığını vurğulayıb. “Türk xalqlarının çoxəsrlik bilik və təcrübəsini özündə ehtiva edən bu sənəd növbəti yüzilliyin hədəflərinin gerçəkləşdirilməsində önəmli bir bələdçi rolunu oynayacaqdır”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
O, ortaq türk əlifbası ilə belə bir konseptual sənədin hazırlanmasını AK Partinin qlobal məsuliyyət hissi ilə Türk dünyasında həmrəyliyi gücləndirmək iradəsinin konkret təzahürü adlandırıb: “Türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirməyi və institusional çərçivədə çoxşaxəli əməkdaşlığı gücləndirməyi hədəfləyirik. İqtisadi inkişafa, mənəvi həmrəyliyə nail olmaq, strateji əməkdaşlığı və regional təhlükəsizliyi təmin etmək gələcəyə baxışımızın mərkəzində duran əsas məqsədlərdir. Sənədi hazırlayarkən mövcud beynəlxalq müqavilələri, ikitərəfli və çoxtərəfli əməkdaşlığı, qlobal prosesləri nəzərə almışıq. Eyni zamanda, Türk dünyasında siyasi və iqtisadi transformasiyaları, ölkələrimizin xarici siyasət perspektivlərini diqqət mərkəzində saxlayaraq milli maraqları rəhbər tutmuşuq”.
Rəcəb Tayyib Ərdoğan mədəni əməkdaşlıqdan iqtisadi inteqrasiyaya, enerji təhlükəsizliyindən çoxşaxəli nəqliyyat şəbəkələrinə, təhsildən gənclər siyasətinə qədər geniş sahələri ehtiva edən sənədin türk dövlətlərinin mövcud potensialından səmərəli istifadə etməyi hədəflədiyini vurğulayıb: “Türk dünyasının gələcəyi ilə bağlı planlar ümumi təkliflərdən konkret layihələrə çevrilir. Biz koordinasiyanı gücləndirən, qərar qəbuletmə mexanizmlərini sürətləndirən və birgə layihələrin həyata keçirilməsini mümkün edən idarəetmə modelini təqdim edirik. Bu addımlar sayəsində əməkdaşlığımız daha sistemli olacaq, qərarlar operativ və effektiv şəkildə icra ediləcək”.
Türkiyə Prezidenti BMT-nin mədəniyyət agentliyi olan UNESCO-nun Səmərqənddə keçirilən Baş Konfransının qərarı ilə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü elan olunmasının əhəmiyyətinə toxunaraq bu xüsusda türk dövlətlərinin qarşısında duran vəzifələrə diqqəti cəlb edib.
Səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, TBMM-in üzvü Kürşad Zorlunun adından tədbir iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətə də qatılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37

