Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ Prezidentinin yaydığı yeni xəritə suallar doğurub

ABŞ Prezidentinin yaydığı yeni xəritə suallar doğurub

08.09.2026 [22:56]

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp “Truth Social” hesabında Şimali Amerikanın və Karib hövzəsinin böyük hissəsini bu ölkə bayrağının rəngləri altında göstərən xəritə yayımlayıb. Xəritədə Kanada, Meksika, Qrenlandiya, Kuba və İslandiya ilə yanaşı, Fransanın bir sıra əraziləri də ABŞ-nin təsvir olunan məkanına daxil edilib.

AZƏRTAC xəbər verir ki, xəritədə Martinik, Qvadelupa, Sen-Bartelemi, Sen-Marten və Sen-Pyer-et-Mikelon kimi Fransa əraziləri ABŞ bayrağının rəngləri ilə göstərilib. Tramp paylaşımına xəritənin mənasını izah edən hər hansı şərh əlavə etməyib, orada

“United States of America” yazısı yer alıb. Meksika körfəzi isə “Gulf of America” adı ilə göstərilib.

Xəritənin yayımlanması ABŞ Prezidentinin əvvəlki açıqlamaları fonunda diqqət çəkib. Tramp 2025-ci ilin yanvarında Ağ Evə qayıtdıqdan sonra dəfələrlə Kanadanın ABŞ-nin “51-ci ştatı” olmasını istədiyini bildirib. O, həmçinin Danimarkaya bağlı muxtar ərazi olan Qrenlandiyaya dair iddialarını gündəmə gətirib.

Xəritə Kanadanın “Bombardie” şirkətinə qarşı Donald Trampın yeni təhdidlərindən bir neçə saat əvvəl yayımlanıb. ABŞ Prezidenti bildirib ki, şirkətin təyyarələri ABŞ ərazisində istehsal olunmasa, onların bu ölkədə satışı mümkün olmayacaq.

Xəritədə Fransa ərazilərinin ABŞ-nin sərhədləri daxilində göstərilməsinin qəsdən edilmiş siyasi mesaj, yoxsa yol verilmiş səhv olduğu barədə isə Tramp administrasiyasından açıqlama verilməyib.

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30