Xalqımız YAP-ın fəaliyyətini yüksək qiymətləndirir
08.09.2026 [17:41]
Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının X konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi həmin dövrün mürəkkəb ictimai-siyasi şəraitində ölkədə yaranmış vəziyyət və qarşıda duran mühüm vəzifələrlə əlaqədar tarixi zərurətdən irəli gəlirdi. Qeyd edilib ki, YAP Azərbaycanın parlaq gələcəyinin formalaşmasında mütərəqqi rol oynayıb. Partiya uğurlu fəaliyyəti ilə ölkəmizdə ictimai-siyasi sabitliyin, milli həmrəyliyin və əmin-amanlığın bərqərar edilməsinə böyük töhfələr verib. 2021-ci il martın 5-də keçirilən YAP-ın VII qurultayından ötən müddət ərzində partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin icrası istiqamətində mühüm işlər görülüb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin ölkənin davamlı inkişafına verdiyi töhfələrdən danışıb. O, Şəki şəhərində həyata keçirilən abadlıq, quruculuq və sosial-iqtisadi layihələr, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, partiyanın ictimai-siyasi nüfuzu və ölkənin tərəqqisində oynadığı roldan bəhs edib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərə toxunaraq, partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Partiya veteranı Həsən Həsənov, Şəki bələdiyyəsinin sədri Aytac Məcidova, Biləcik ərazi partiya təşkilatının sədri Ramiz Bədiyev, Xan sarayı ərazi partiya təşkilatının sədri Reyhan Məmmədova, Təzə Bazar ərazi partiya təşkilatının sədri Mehman Həmidov və partiya fəalı Sevinc Abdurahmanova Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının fəaliyyətinin yeni dövrün tələblərinə uyğun qurulması və qarşıya qoyulan vəzifələrin səmərəli icrası istiqamətində görülən işləri müsbət dəyərləndiriblər.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xəqani Tağıyev partiyanın Şəki rayon təşkilatının uğurlu fəaliyyəti, ərazi partiya təşkilatlarında işin təşkili və qarşıda duran vəzifələr barədə danışıb. O bildirib ki, partiya fəallarının rolu, ictimai təşəbbüslərin dəstəklənməsi və üzvlərin müxtəlif layihələrdə fəal iştirakı mühüm önəm kəsb edir.
Konfransda YAP Şəki rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55

