Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub
09.09.2026 [16:01]
Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda məruzə ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirib ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin inkişaf edərək qabaqcıl dövlətlər sırasına çıxması, davamlı və dinamik inkişafa nail olmaqla dünyada yüksək nüfuz sahibinə çevrilməsində Yeni Azərbaycan Partiyasının müstəsna rolu var. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının bütün yerli təşkilatları öz işini Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını rəhbər tutaraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasətinə uyğun həyata keçirir.
R.Əhmədov qeyd edib ki, hesabat dövrü ərzində YAP Ağcabədi rayon təşkilatının cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən çoxsaylı tədbir və görüşləri keçirilib.
Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək qeyd edib ki, müstəqilliyin ilk illərində ölkəmizi yaranmış ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət qoruya bilərdi: “Bu səbəbdən Ulu Öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın dəstəyi ilə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməlləri qoyuldu. Hazırda müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır”.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən, sıralarında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası bu gün yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqaz regionunun ən güclü və nüfuzlu siyasi təşkilatıdır. “Ulu Öndər ölkəmizi xaos və vətəndaş müharibəsindən qurtarmaqla, onun müstəqilliyini əbədi və dönməz etmək kimi çox şərəfli bir missiyanı uğurla həyata keçirib”, - deyə T.Rzayev vurğulayıb.
Tədbirdə YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə çıxış edərək Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. O, Yeni Azərbaycan Partiyasının bütün üzvlərinin Ulu Öndərin əbədiyaşar ideyaları ətrafında birləşdiyini qeyd edib. O, partiya üzvlərinin Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin təbliğində mühüm rol oynadıqlarını diqqətə çatdırıb.
Daha sonra YAP Ağcabədi rayon təşkilatı Pedoqoji Kollec ərazi partiya təşkilatının sədri Rövşən Bayramov, şəhid ailəsinin üzvü Nəzakət Bəşirova, 3 saylı ərazi partiya təşkilat sədri Mətanət Quliyeva və Azərbaycan Dövlət Pedoqoji Universitetinin gənc müəllimi Səbuhi Quliyev çıxış ediblər.
Konfransda Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və partiyanın VIII Qurultayına nümayəndələr seçilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28

