/ / Sabunçu rayonunda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümə həsr olunmuş tədbir keçirilib
Sabunçu rayonunda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümə həsr olunmuş tədbir keçirilib
13.11.2025 [15:27]
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev vurğulayıb ki, dövrün tələblərinə uyğun olaraq zaman-zaman ümumxalq səsverməsi yolu ilə mütərəqqi müddəalarla daha da təkmilləşən, ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənən Konstitusiyamız dövlətimizin inkişafına mühüm töhfələr verir. Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb.
YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Konstitusiya Ali qanun kimi dövlətin hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə siyasi sabitliyin təminatı qismində çıxış edir. Şübhəsiz, cəmiyyətin gələcək inkişafı həm də hüquq sahəsində köklü islahatların həyata keçirilməsini, milli qanunvericilik bazasının formalaşdırılmasını şərtləndirirdi. Bu səbəbdən, müstəqilliyin ilk illərində Azərbaycanda da qarşıda duran ən vacib məsələlərdən biri yeni Konstitusiyanın hazırlanması idi. Azərbaycanın Konstitusiyasının yaradılması, dövlətçilik ənənələrinin formalaşdırılması və ölkənin müstəqilliyinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Həmin Sərəncam və “Tədbirlər Planı” dövlətin hüquqi və siyasi sisteminin möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoymuşdur.
Çıxış edən ərazi partiya təşkilatının sədrləri – Mehriban Hacıyeva, Qənirə Əmircanova çıxışlarında qeyd ediblər ki, Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçilik ideyasının və suveren iradənin bərqərar olmasının təzaharüdür. Konstitusiya xalqın azadlıq ruhunu, dövlətin müstəqilliyini və vətəndaşın hüquqlarını qoruyan müqəddəs sənəddir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35

