Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Füzuliyə səfərləri
15.10.2025 [14:39]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə 2023-cü ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, Füzuli rayonunun 2020-ci ildə erməni işğalından azad olunduğu gün kimi 17 oktyabr tarixi ölkəmizdə hər il Füzuli Şəhəri Günü kimi qeyd ediləcəkdir. Məhz 17 oktyabr 2020-ci il tarixində Prezident cənab İlham Əliyev xalqa müraciətində xalqımızı təbrik edərək Füzuli şəhərinin erməni işğalçlarından azad edilməsi müjdəsini vermişdir. Həmin vaxt çıxışında Prezident cənab İlham Əliyev bildirmişdir ki, bu gün tarixi bir gündür, on yeddi oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan və Şanlı Ordumuzun zəfəri ilə bitən Vətən müharibəsi nəticəsində Füzuli şəhəri də düşmən işğalından azad edildi. Vətən Müharibəsi zamanı Füzuli əməliyyatı Azərbaycan Ordusunun cənub-şərq cəbhəsində apardığı ən əhəmiyyətli və müharibənin ən ağır döyüşlərindən döyüşlərdən biri olub. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkamlar qurmuşdu və normal şəraitdə həmin müdafiə xətlərini yarmaq üçün ən azı bir neçə ay vaxt lazım idi. Lakin qələbə əzmli Ali Baş Komandan və onun Müzəffər Ordusu müharibənin başlamasından bir ay keçməmiş onlarla kəndin, Cəbrayıl rayonun azad edilməsinin ardından Füzulini də düşmən işğalından azad etdi. Füzulinin azad edilməsi bizə həm mənəvi güc, həm də strateji üstünlük qazandırdı.
16 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyev - müzəffər ordumuzun Ali Baş Komandanı Qarabağımıza qalib sərkərdə kimi qədəm qoyaraq, Füzuli və Cəbrayıl rayonlarına səfər edib. Ölkə başçısı Füzuli və Cəbrayılda, o cümlədən Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Prezident Füzuli şəhərində çıxışı zamanı deyib ki, biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik: “Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi sadəcə olaraq fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə bölgəsinə səfərləri zamanı yerli əhali tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıblar. Prezidentin işğaldan azad edilən yeni ərazilərə etdiyi səfərin hansı strateji əhəmiyyəti var. Sadə əhali cənab Prezidenti çox böyük ruh yüksəkliyi ilə, Milli Qəhrəman kimi qarşıladı. Prezident İlham Əliyevin Füzuliyə səfərləri tarixi hadisələrlə yadda qalır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasına yönəlmiş layihələrdir. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Füzuli qaynar dövrünü yaşayır. Füzuli şəhərinin Baş planı hazırlanıb. Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Yaşayış ərazilərinin sıxlığının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə yanaşı, təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan ekoparkın salınması planlaşdırılıb.
Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib.
Bu gün Füzuli rayonu artıq dinc quruculuq və bərpa dövrünü yaşamaqdadır. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Öz doğma yurdlarına dönən sakinlərin rahat və firavan yaşayşı üçün burada böyük layihələr həyata keçirilir. Rayon ərazisində müxtəlif sahələri əhatə edən çoxsaylı nəqliyyat və infrastruktur layihələri reallaşdırılmış, bir sıra sənaye və istehsal müəssisələrinin təməli qoyulmuşdur. Prezident İlham Əliyevin müharibədən sonrakı dövr ərzində bölgəyə 20 dəfəyə qədər səfər edib ki, bu da ölkə rəhbərinin Füzuli rayonuna göstərdiyi xüsusi diqqətin verdiyi böyük strateji əhəmiyyətin göstəricisidir. Dövlətimizin başçısı 2023-cü ilin oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan xalqının vətənpərvərlik ruhunu yüksək dəyərləndirərək demişdir: “Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

