Azərbaycanın qələbəsi beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur
01.10.2025 [19:36]
Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etmişdir.Dövlət başçısının nitqi Azərbaycanın dünya üçün vacibliyi manifesti idi. Bu manifest son dərəcə əsaslandırılmış şəkildə bəyan edildi.
Prezident İlham Əliyev mötəbər kürsüdən həqiqətləri danışdı və otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizinin Ermənistanın işğalı altında qaldığını, bu ölkənin həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını, vətəndaşlarımızın fundamental insan hüquqlarının kobud şəkildə pozulduğunu bildirdi. Ən başlıcası isə dövlətimizin başçısı bütün bunlara dünya birliyinin etinasız yanaşdığını diqqətə çatdırdı.
Üzləşdiyi bütün riyakarlıqlara və ədalətsizliklərə baxmayaraq, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. 2020-ci ilin Vətən müharibəsi təkcə bu yoldakı mühüm mərhələ olmadı, həmçinin, xalqımızın həmin riyakarlıqlara və ədalətsizliklərə üsyanına çevrildi. Nəzərə alaq ki, 44 günlük müharibə başlayanda ölkəmizi, az qala, işğalçı və qəsbkar kimi təqdim etmək meyillərini görmüşdük. Bu sayaq təmayüllərə qarşı informasiya savaşı aparmışdıq. Nəhayət, indi Azərbaycan lideri BMT-dən haqq davamızı dünyaya ədalət prizmasından təqdim edir. Bu təqdimat yalnız sözlərdə ifadəsini tapan tezis deyil, böyük diktədir.
“Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi”.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışına nəzərən gəldiyimiz qənaət odur ki, dövlətimizin başçısı Azərbaycanı, belə demək mümkünsə, dünya üçün vaciblik pəncərəsindən təqdim edir və fikrini dolğun şəkildə əsaslandırır. Nəhayət “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu”, - deyən ölkəmizin lideri Vətənimizin yeni bir dövrə qədəm qoyduğunu bəyan edir. Nailiyyətlərlə dolu dövrə. Prezident İlham Əliyevin mötəbər kürsüdən verdiyi ən böyük mesaj isə budur: Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız ölkəmizin özünün qələbəsi və uğuru deyil, eyni zamanda beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Azərbaycan öz təcrübəsini paylaşmağa hazırdır. Ona görə hazırdır ki, ədalətsizliklər, ikili yanaşmalar və riyakarlıqlar aradan qalxsın, ölkələr və xalqlar arasında səmimi münasibətlər qərarlaşsın. O səbəbdən hazırdır ki, dünyada inkişaf, tərəqqi və sülh olsun.
Gündüz Alıkişiyev,
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30

