BMT “ASAN xidmət”in dünyada təşviqinə böyük maraq göstərir
08.07.2026 [09:30]
Bir neçə gün bundan əvvəl Azərbaycanın “ASAN xidmət” modeli BMT-nin “Dövlət institutlarının transformasiyası: İnnovasiyanın, iştirakın və inklüzivliyin inkişafı” mövzusunda Tbilisidə baş tutan Dövlət Xidməti Forumunda geniş təqdim olunub. BMT-nin Dövlət Xidməti Forumu dövlət xidmətləri sahəsində fəaliyyət göstərən ekspertləri, eləcə də müxtəlif ölkələrin müvafiq dövlət qurumlarını bir araya gətirən mühüm beynəlxalq platformadır.
Xatırladaq ki, 2015-ci ildə BMT-nin Dövlət Xidməti Forumunda Azərbaycanın “ASAN xidmət” modeli dövlət xidmətləri sahəsində dünyanın ən yaxşı təcrübəsi kimi birinci yerə layiq görülüb. Həmçinin forum 2019-cu ildə Cənubi Qafqaz regionunda ilk dəfə Azərbaycanda keçirilib.
Bundan əvvəl isə “ASAN xidmət” BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə Konfransda diqqət mərkəzində olub. İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti və Beynəlxalq İnkişaf Hüququ Təşkilatı tərəfindən birgə təşkil olunan Konfrans “Dayanıqlı inkişaf naminə transformasiya və əlaqələndirilmiş fəaliyyət” mövzusunda keçirlib.
Azərbaycanın müasirləşmə siyasətinin gözəl nümunəsi
Hər iki beynəlxalq tədbirdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizdə dövlət başçısı İlham Əliyev tərəfindən vətəndaşyönümlü dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar, şəffaf, əlçatan və inklüziv dövlət xidmətlərinin təşkili sahəsində əldə olunan nailiyyətləri, eləcə də “ASAN xidmət” modelinin DİM 16-nın hədəflərinin həyata keçirilməsindəki əhəmiyyətli rolunu vurğulayıb. Bildirilib ki, “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, vətəndaş məmnunluğunun və institusional səmərəliliyin artırılmasına xidmət etməklə, güclü institutların formalaşdırılmasına və inklüziv cəmiyyət quruculuğuna mühüm töhfələr verir.
Azərbaycan qısa müstəqillik tarixində uğurlu yol keçərək dünyaya nümunəvi inkişaf modeli təqdim edən ölkəyə çevrilib. O cümlədən respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan islahatların nəticəsi olaraq inklüziv, vətəndaş məmnunluğunu artıran, müasirləşməni hədəfləyən çevik və səmərəli idarəetmə modeli formalaşıb. “ASAN xidmət” modeli də bunun gözəl nümunəsidir. Respublikamızda dövlət başçısının müvafiq Fərmanı əsasında 2012-ci il iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Dövlət idarəçiliyi sahəsində islahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlməyib. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmət” mərkəzləri özünü doğruldub və respublikamızda qısa müddətdə bu şəbəkənin coğrafiyası regionlara doğru genişlənib. Hazırda Azərbaycanda 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Paytaxtda və regionlarda hər gün “ASAN xidmət” mərkəzlərinə təxminən 40 min vətəndaş müraciət edir və onların məmmunluq səviyyəsi 99 faizin üzərində olur. Eyni zamanda, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir.
Çox doğru olaraq “ASAN xidmət” mərkəzləri Azərbaycanın intellektual brendi kimi dəyərləndirilir. Burada vətəndaşlara müxtəlif xidmətlər innovativ texnologiyalardan geniş istifadə edilməklə göstərilir. Nəticədə, şəffaflıq tam təmin olunur və vətəndaş-məmur təmasları aradan qalxır.
“ASAN xidmət”ə ölkə hüdudlarından kənarda artan maraq
Tbilisidə baş tutan forum çərçivəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə Şri-Lankanın və Banqladeşin müvafiq sahə üzrə fəaliyyət göstərən nazirləri, eləcə də Gürcüstanın ədliyyə naziri arasında ikitərəfli görüşlər keçirilib. Şri-Lanka və Banqladeş nümayəndələri ilə görüşlərdə “ASAN xidmət”in fəaliyyət istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə geniş təqdimat edilib. Hər iki tərəf “ASAN xidmət” modelinin öz ölkələrində tətbiqi ilə bağlı niyyətlərini bildirib.
Dünyada “ASAN xidmət” modelinə marağın artması Azərbaycanın böyük uğurudur. İndiyədək əlçatanlığı ilə yüksək vətəndaş məmnunluğu yaradan bu struktur bir çox beynəlxalq qurumlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunub. Artıq ayrı-ayrı ölkələrdə də bu modelin tətbiqinə başlanıb. Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartları üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.
Perspektivdə isə “ASAN xidmət” brendinin dünyada əhatə edəcəyi coğrafiyaların daha da genişlənəcəyi gözlənilir. Beynəlxalq əməkdaşlığa dair son nümunələrdən biri kimi İndoneziya və Azərbaycan arasında ötən ilin dekabr ayında onlayn formatda baş tutan dövlət xidmətləri üzrə Simpoziumu göstərmək mümkündür. Tədbir 24 iyul 2017-ci il tarixində imzalanmış Anlaşma Memorandumu və onun davamı olaraq 1 iyul 2024-cü il tarixində Cakarta şəhərində imzalanmış Fəaliyyət Planı çərçivəsində təşkil olunub. Həmin sənədlərə uyğun olaraq hazırda İndoneziya Respublikasında “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış 300-dən çox Dövlət Xidmət Mərkəzi fəaliyyət göstərir.
Artıq Avropa İttifaqının üzv dövləti olan Rumıniya da “ASAN xidmət” modelinə böyük maraq göstərir. Ötən ilin dekabr ayında Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Hökumətinin Baş Katibliyinin dəvəti əsasında bu ölkəyə səfəri baş tutub. Səfər çərçivəsində “ASAN xidmət”in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparılıb. Eyni zamanda, Rumıniya Hökumətinin Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən “Dövlət Sektorunda İnnovasiya Forumu”nda “ASAN xidmət”ə dair mükafat ilk dəfə olaraq Avropa İttifaqına üzv ölkənin nümayəndələrinə təqdim olunub..
Həmçinin bir qədər bundan əvvəl Sudan Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Müaviyə Osman Xalidin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Nazir müavini “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin, buradakı innovativ yeniliklərin onlarda yüksək təəssürat yaratdığını və sözügedən təcrübənin öz ölkəsində tətbiqində maraqlı olduqlarını ifadə edib.
Cari il yanvarın 14-də isə “ASAN xidmət”in sorağı daha bir uzaq ünvandan - bu dəfə dost Pakistandan gəlib. Bu ölkənin Islamabad şəhəri dünyada “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığı növbəti ünvan olub. Son olaraq isə bir neçə gün bundan əvvəl Çad Respublikasının iqtisadiyyat, maliyyə, büdcə və beynəlxalq əməkdaşlıq naziri Tahir Hamid Nguelinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Tanışlıqdan məmnun qalan qarşı tərəf Azərbaycanın “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqində maraqlı olduğunu bildirib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42

