ATƏT PA Gürcüstan ilə bağlı tənqidi qətnamə qəbul edib
08.07.2026 [16:21]
ATƏT Parlament Assambleyası (PA) Gürcüstanla bağlı tənqidi qətnaməni qəbul edib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan parlament nümayəndə heyəti səsvermədə iştirak etməyib və etiraz əlaməti olaraq plenar iclası tərk edib.
Bəyanatla çıxış edən Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib ki, bəyannamənin yenilənmiş variantının bəzi hissələri Gürcüstandakı siyasi reallığı qəsdən təhrif edir, faktları saxtalaşdırır, dövlət institutlarına qarşı törədilmiş zorakı hücumları tamamilə görməzlikdən gəlir, seçki müşahidə missiyalarının hesabatlarını özbaşına şərh edir və bununla da Gürcüstanın milli maraqlarına təhlükə yaradır.
Samxaradze belə qərarın məhz beynəlxalq hüququn paytaxtı sayılan Haaqada qəbul edilməsinin xüsusilə təəssüf doğurduğunu bildirib.
ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons isə Samxaradzenin çıxışına cavab olaraq parlamentdə yerlərin boş saxlanılmasının heç vaxt düzgün seçim olmadığını bildirib. O qeyd edib ki, demokratiya, ilk növbədə, münaqişələrin birgə dialoq yolu ilə həllinə əsaslanır və parlamentdə iştirakdan imtina ən pis variant hesab olunur.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti iclas zalını tərk etdikdən bir neçə dəqiqə sonra ATƏT Parlament Assambleyası “Haaqa Bəyannaməsi”ni qəbul edib. Sənədə “Gürcüstanda seçkilərin bütövlüyünün və fundamental azadlıqların qorunması” adlı qətnamə də daxildir. Həmin qətnamənin əsas müəllifi ABŞ Konqresinin üzvü Co Uilsondur.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

