/ / YAP Nəsimi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
YAP Nəsimi rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
12.12.2024 [17:25]
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və M.Qasımov küçəsi 1 B üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzin lektoriyasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, ərazi partiya təşkilatının sədri, “Kliniki Tibbi Mərkəz” PHŞ-nin baş həkimi Hüseyn Məsimov, Nəsimi RİH Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsi Nuru Əhmədov, “Kliniki Tibbi Mərkəz” PHŞ-nin publik hüquqi şəxsi Məhəbbət İbrahimova və digər partiya üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir başlayıb.
Tədbiri giriş sözü ilə açan “Kliniki Tibbi Mərkəz” PHŞ-nin baş həkimi Hüseyn Məsimov öz çıxışında qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin xatirəsini yaşatmaq yalnız ona ehtiram göstərmək deyil, həm də onun idealarına sadiq qalmaqdır. Natiq nəzərə çatdırıb ki, bu gün Azərbaycanda əsası qoyulan inkişafın, tərəqqinin, beynalxalq nüfuzumuzun sağlam təməllərində məhz dahi şəxsiyyətin müdrik fikirləri dayanır və bu istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə bizim üçün, millətimiz üçün, dövlətimiz üçün çox ciddi rol oynadı. Heydər Əliyev o illərdə Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı.
Çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirdi ki, Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin möhkəmlənməsi və dinamik inkişafında, ictimai-siyasi hadisələrdə müstəsna rol oynayaraq, Ümummilli Lider Heydər Əliyevin ideyalarını, Onun tərəfindən müəyyənləşdirilmiş strateji xətti, inkişaf strategiyasını reallaşdırıb. Ulu Öndərin yaradıcısı olduğu YAP iqtidarda olduğu müddətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib və ölkəmizin beynəlxalq aləmdə nüfuzu artıb. Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib.
Daha sonra çıxış edən natiqlər öz nitqlərində Ümummilli Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamasından, milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi və müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün geniş imkanlar yaranmasından söz açmışlar.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

