Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik nümunəsidir
13.11.2024 [13:25]
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
2021-ci ilin 15 iyun tarixi Azərbaycan və Türkiyə üçün əlamətdar günlərdəndir. Bu gün Qarabağda, Azərbaycanın qədim şəhəri Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmışdır.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin əbədi olduğunun bütün dünyaya nümayiş etdirilməsidir. Dövlət başçıları bu tarixi sənədi iki ölkə arasındakı əlaqələrdə yeni mərhələ üçün yol xəritəsi kimi dəyərləndiriblər. Bəyannamədə ümummilli maraqlar baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində koordinasiya edilmiş fəaliyyətin təşviqinə xüsusi diqqət yetirilir. Sənəddəki maddələrdən ən əhəmiyyətlisi isə tərəflərdən hər hansının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə müdafiə tədbirlərinin görülməsi ilə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəyannamənin imzalanma mərasimində çıxış edərək bildirmişdir: “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə -Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstəririk”.
Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Şuşa Bəyannaməsi bu vaxta qədər iki qardaş ölkə arasında bütün sahələrdə həyata keçirilən birgə əməkdaşlığı, işbirliyini ən yüksək müstəviyə daşıdı. Siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində fəaliyyətlərin təşviq edilməsi birgə milli mənafelər baxımından xüsusi əhəmiyyətə malikdir. Dünyada çox dövlətlər var ki, bir-biri ilə yaxın strateji müttəfiqdirlər, lakin Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq münasibətləri nadir bir müttəfiqlik nümunəsidir.
Azərbaycanla Türkiyə regionun bütün dövlətlərini bu əməkdaşlıqda görmək istəyir. Bütün bunların fonunda Türkiyə işğaldan azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə kömək etmək niyyətini də bir daha ifadə edib.
Bəyannamənin Şuşada imzalanmasının isə xüsusi mənası var. Bu, təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də müharibədən sonrakı vəziyyətin müəyyən məqamlarını və türk dünyasının inteqrasiyasını tənzimləmək baxımından geniş əhatəli sənəddir.
Şuşa Bəyannaməsi "Bir millət, iki dövlət” mənəvi birliyinin hüquqi müstəvidə möhkəmləndirilməsi və rəsmi ifadəsi kimi də səciyyələndirilə bilər. İki qardaş ölkənin ümumi maraqlarının qorunması yolunda imkanların səfərbər edilməsinin məntiqi nəticəsi olaraq imzalanan bu sənəd ölkələrimizin regional və beynəlxalq müstəvidə rolunun daha da artmasına imkan yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

