YAP Ağstafa rayon təşkilatının Ərazi Partiya Təşkilatında tədbir keçirilib
03.10.2024 [16:45]
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Həsənsu kənd” və “Vurğun qəsəbə” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 04 oktyabr “Cəbrayıl şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “Həsənsu kənd” Ərazi Partiya Təşkilatının sədri Elşən Əsgərov qeyd edib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı Sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi təsis edilib. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Tədbirdə çıxış edən digər natiqlər – şəhid atası Nəsrəddin Əliyev, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev, YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev və partiya fəalı Rüfət Axundov bildiriblər ki, torpaqlarımızın işğaldan azad edilməsi fonunda Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq-yenidənqurma işləri xüsusilə diqqət çəkir. Bu kontekstdə keçmiş köçkünlərin dogma yurda qayıdış məsələsi öz aktuallığını qoruyur. Böyük Qayıdış proqramı üzrə Cəbrayıla ilk köç sentyabrın 26-da gerçəkləşib. 31 ildən sonra Cəbrayıl şəhəri doğma sakinlərinə qucaq açıb. Sentyabrın 28-də daha bir köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıla yola düşüb. İndiyədək Cəbrayıl şəhərində 117 ailənin (364 nəfər) daimi məskunlaşması təmin edilib. O cümlədən 20 ailə Biləsuvar rayonu ərazisindəki köçkün şəhərciyindən Cəbrayıla qayıdıb. 2021-ci il oktyabrın 4-də dövlətimizin başçısı Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub. Yeni evlərinə köçən sakinlər bu il ilk dəfə 4 oktyabr – Cəbrayıl Şəhəri Gününü doğma yurdda qeyd edəcəklər.
Xəbər lenti
Hamısına baxSiyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36

