Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətlə inkişaf edir
30.08.2024 [16:01]
Prezident İlham Əliyevin yürütdüyü müdrik, uzaqgörən və düşünülmüş siyasət, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Dünyanın aparıcı dövlətlərinin, mühüm beynəlxalq təsisatlarının Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları bunun bariz nümunəsidir.
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı maraqlara söykənən tarixi əlaqələrin daha da möhkəmlənərək, strateji tərəfdaşlığa çevrilməsi xüsusi önəm kəsb edir. Azərbaycanın müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı iqtisadi, siyasi, mədəni əlaqələri yüksək səviyyədə qurulub və fəal şəkildə inkişaf edib. Bu baxımdan deyə bilərik ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün dostluq və qardaşlıq dövrü ərzində biz bir-birimizin yanında olmuşuq və bir-birimizi dəstəkləmişik.
Azərbaycanın dost, qardaş Özbəkistanla əlaqələrinin tarixi çox qədimdir. İki ölkə arasında əlaqələr təkcə dost münasibətlərinə deyil, həmçinin ortaq, oxşar bir çox dəyərlərə söykənir. Milli adət-ənənələrimiz, türk dilləri qrupuna aid olmağımız, oxşar mədəniyyətimiz və dinimiz eyni soydan olduğumuzu sübut edir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və Özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Prezident İlham Əliyevin son iki ildə Özbəkistana beş dəfə səfər etməsi etibarlı münasibətlərin göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə avqustun 22-də Daşkəndə səfər edib. Bu səfər də münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir. İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır.Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Azərbaycanla Özbəkistan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətləri günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir.
İki ölkə Türk Dövlətləri Təşkilatı,MDB,BMT,İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir.İki ölkə arasında dəyəri 2 milyard dollar olan müqavilələr imzalanıb.Shavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev iri tikinti layihələrinin əsasını qoyublar.Bu layihələr hər iki ölkədə yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial-iqtisadi inkişafına böyük təkan verəcək.Prezident İlham Əliyevin Özbəkistana dövlət səfər “Qalampir”,”Upl”,”Daryo”,”Zamon” və başqa internet resursları tərəfindən işıqlandırılıb.Hazırda dünya nizamının böyük sarsıntılar və nümayişlərlə zəngin olduğu bu zamanda Azərbaycan və Özbəkistan sülhü,əməkdaşlığı təşviq etməsi və bunun üçün ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə çatdırılması bütün dünya dövlətləri üçün örnək olmalıdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41

