“Dövlətə və Xalqa Xidmətin Ali Meyarı - Ulu Öndər Heydər Əliyevin Hakimiyyət İlləri”
11.07.2024 [17:10]
11 iyul 2024-cü il tarixində Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində YAP Suraxanı rayon təşkilatının təqdim etdiyi Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Dövlətə və Xalqa Xidmətin Ali Meyarı - Ulu Öndər Heydər Əliyevin Hakimiyyət İlləri” adlı tədbir keçirilib. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Şəhid ailə üzvləri, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi tədbir iştirakçıları tərəfindən ziyarət edilmiş, abidənin önünə tər güllər düzülmüşdür.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
Daha sonra tədbirdə Azərbaycan Dövlət Televiziyası tərəfindən hazırlanmış “Heydər Əliyevi unudulmaz edən səbəblər – Sovet və Müstəqillik dönəmi” adlı sənədli film Suraxanı rayon ictimaiyyətinə təqdim olunub.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Heydər Əliyevin fəaliyyətini bir neçə dövrə ayırıb, fərqli rakurslardan, pəncərələrdən baxmaq və hər dövrdə gördüyü işlərə işıq tutmaq vacibdir. Yerli təşkilatın sədri dedi ki, Heydər Əliyevin fəaliyyətini tarixi xronologiya ilə dəyərləndirsək, o, ilk dövr - 1969-1982-ci illər ərzində Azərbaycan SSR-in rəhbəri kimi ölkəmizi ən geridə qalmış respublikalar sırasından özünü təmin edə bilən, mərkəzdən datasiya almadan yaşayan respublikaya çevirdi. Vüqar Seyidov onu da vurğuladı ki, Heydər Əliyevin fəaliyyətində növbəti mərhələ 1993-2003- cü illərdir ki, bu dövr xilaskarlıq və inkişafın ilk addımları mərhələsi də hesab oluna bilər.
Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək dedi ki, hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin əsas qayəsini dövlətçilik ənənələri ilə yanaşı, həm də milli-mənəvi irsi, məfkurəsi və düşüncə sistemi təşkil edir. Zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına qiymətli töfhələr vermiş, mədəniyyət aləmində özünəməxsus mövqe nümayiş etdirmişdir. Bu gün də Azərbaycan dövləti və xalqı bir çox sferalarda ümumdünya miqyasında qəbul olunacaq dəyərlər formalaşdıra bilir. Müasir dövlətçiliyimizin təməlini möhkəm özüllərlə qoymağı bacaran Ümummilli Lider Heydər Əliyev böyük tarixi mərhələlərdən, sınaqlardan üzüağ çıxmağımıza səbəb olmuşdur. Onun xilaskarlıq missiyası da milli dəyərlərin mühafizəsinə yönəlmiş tarixi addım idi.
Şəhid atası Əlixan Əliyev və Respublikanın Əməkdar artisti, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov çıxış edərək bildirdilər ki, uzun illərin dövlətçilik təcrübəsi, xalqla hakimiyyət arasında düzgün münasibətlər formalaşdırılmasında atılacaq lazımi addımların dəqiq dəyərləndirməsi Heydər Əliyevin Azərbaycanın mövcud vəziyyətdə irəli aparılmasındakı fəaliyyətində misilsiz rol oynamışdır. O, ümumbəşəri dəyərlərə əsaslanan, lakin milli mentalitet, yüzillərlə formalaşmış milli əxlaq, mənəvi dəyərlər əsasında yeni dövlət idarəçiliyinin yaradılması zərurətini ön plana çəkməklə azad, müstəqil dövlətimizin inkişafına nail olmuşdur.
Sonda uzun illər YAP Suraxanı rayon təşkilatında səmərəli fəaliyyət göstərən bir neçə partiya üzvü təltif olunmuşdur.
YAP Suraxanı rayon təşkilatı təqdim etdiyi Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Dövlətə və Xalqa Xidmətin Ali Meyarı - Ulu Öndər Heydər Əliyevin Hakimiyyət İlləri” adlı tədbir Yeni Azərbaycan Partiyasının himninin səslənməsi ilə başa çatmışdır.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21

