/ / Amerikalı ekspert Obama administrasiyasını Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa çağırıb
Amerikalı ekspert Obama administrasiyasını Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa çağırıb
04.04.2015 [11:00]
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar mərkəzinin eksperti Qreqori T.Kili ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa çağırıb.
APA-nın məlumatına görə, o, “Rollcall” saytında “Strateji səbr üçün vaxt yoxdur: Azərbaycan nümunə kimi” başlıqlı məqaləsində ABŞ prezidenti Barak Obamanın dünyada “strateji səbr” üçün çağırışlarını əks etdirən yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib.
O qeyd edib ki, Avropa, Afrika və Yaxın Şərqdə Obama administrasiyasının strateji səbrinin bir sıra uğursuzluğa düçar olmuş nümunələri var. Müəllif bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox maraq göstərmir: “Azərbaycanla Ermənistan arasıda münaqişə son aylar güclənib. Münaqişə regiondakı sabitliyə təhdiddir. Birləşmiş Ştatlar yalnız Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu həmsədri qismində münaqişənin nizamlanmasında iştirak etməklə kifayətlənir”.
Ekspert Azərbaycan rəsmilərinin Vaşinqtonda keçirilən forumda iştirak etdiyini, onların Obama administrasiyasını Cənubi Qafqaz regionu üçün daha aydın uzunmüddətli geosiyasi strategiya hazırlamağa çağırdıqlarını bildirib: “Obama administrasiyasının strategiyada “regional münaqişələrin həlli istiqamətində Qafqaz ölkələri ilə əlaqələri artırmaq” kimi qeydi region üçün kifayət deyil. 1991-ci ildə Azərbaycan müstəqillik əldə edib və enerji istehsalçısı, etibarlı beynəlxalq müttəfiq kimi ABŞ-ın strateji tərəfdaşına çevrilib. Bakı-Tiflis-Ceyhan boru xətti ilə gündə 1 milyon barel neft nəql olunur, Trans Xəzər qaz kəməri isə Avropanın artmaqda olan enerji ehtiyaclarına cavab verəcək. Əfqanıstan məsələsində Azərbaycan ABŞ hərbi qüvvələrinin, avadanlıqların daşınması baxımından strateji mövqeyə malikdir. Bu ölkə Əfqanıstanda xidmət göstərən NATO Beynəlxalq Təhlükəsizlik Qüvvələrinin yarısını təhlükəsiz tranzit yolu ilə təmin edib”.
Müəllifin sözlərinə görə, məqaləsi silahlı müdaxilə üçün deyil, dünya lideri kimi vacib roldan üz döndərməməyə çağırışdır: “Azərbaycan ABŞ rəhbərliyini məsələyə diqqəti artırmağa çağırır. Strategiyada göstərildiyi kimi səbrlə bağlı məqsədə çatmaq milli təhlükəsizliyimizi və Avropadakı tərəfdaşlarımızın təhlükəsizliyini təhdid altına ala bilər. Bu “səbr” isə məqsəd deyil, bütün dünyada lider kimi öz rolundan boyun qaçırmaqdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56

