Buraxılış imtahanlarının tez keçirilməsi...
30.12.2023 [11:35]
Səbəb nədir?
Y.SAHİB
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi və tam orta təhsil səviyyəsi üzrə gələn il keçiriləcək buraxılış imtahanlarının tarixini açıqlayıb. Mərkəzdən bildirilib ki, imtahan qrafiki Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb. Qeyd olunub ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları tədris ilinin əvvəlində-sentyabr ayında ictimaiyyətə təqdim olunub.
Bildirilib ki, 2024-cü ildə buraxılış imtahanları mart, aprel və iyun aylarında keçiriləcək. Belə ki, 11-ci siniflər 3,10 mart tarixlərində, 9-cu siniflər 17 mart, 7 və 21 aprel tarixlərində buraxılış imtahanı verəcəklər. 9 və 11-ci siniflər 12 may, 30 iyun tarixlərində isə dövlət dili kimi Azərbaycan dili fənni üzrə ayrıca imtahan verəcəklər.
Əvvəlki illərdə necə idi?
Məlumat üçün bildirək ki, 2019-cu ildə 9-cu siniflər üçün buraxılış imtahanları 3, 10 və 17 mart, 11-ci siniflər üzrə isə 7, 14 və 21 aprel tarixlərində baş tutub. 2020-ci ildə 9-cu siniflər üçün buraxılış imtahanları aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçirilib. 11-ci siniflər üzrə buraxılış imtahanları isə 5, 12 və 19 aprel tarixlərində təşkil olunub. Bundan başqa, 2021-ci ildə 9-cu siniflər 15, 22 aprel, 11-ci siniflər isə 16, 23, 29 aprel tarixlərində buraxılış imtahanı veriblər. Ötən ilki buraxılış imtahanları isə 11-ci siniflər üçün 5, 6 mart, 13-14 mart, 9-cu siniflərdə 16-17 aprel, 23-24 aprel, 30 aprel və 1 may tarixlərində baş tutub.
Xatırladaq ki, pandemiyanın kəskin olduğu, tədris prosesinin onlayn formatda keçirildiyi zaman imtahanların daha tez keçirilməsinə qərar verilmişdi. Mövcud durum o zamanlar hər hansı bir narazılıqlara səbəb deyildi. İndi isə dərslər ənənəvi qaydada keçirilir. Belə olan halda buraxılış imtahanlarının bu qədər tez keçirilməsinə səbəb nədir?
Tədris edilməyən mövzular imtahana salınmamalıdır
Sualımızı cavablandıran təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, xüsusilə də 11-ci siniflər üçün imtahanların mart ayında, 9-cu siniflərin imtahanlarının da ilk zona üzrə mart ayında keçirilməsi həm valideynlər, həm də müəllimlər tərəfindən birmənalı qarşılanmır: “Çoxları düşünür ki, imtahanların bu formada keçirilməsi şagirdləri dərsdən kənarlaşdırır və artıq onlar məktəbə gedib-gəlmək istəmirlər. Amma hazırda bizdə imtahanlar tədris ili başlanandan təxminən 6-7 ay sonra baş tutur, məsələn elə ölkələr var ki, orada tədrisə başlanılır və 3-4 ay sonra imtahanlar keçirilir. Buraxılış imtahanlarının keçirilməsi şagirdin dərsə getməməsi üçün bir bəhanə deyil, olmamalıdır da. Çünki imtahan müvafiq proqram əsasında keçirilir və həmin proqram da Dövlət İmtahan Mərkəzi tərəfindən hər il sentyabr ayında elan olunur. Təbii ki, hər hansı bir mövzu müvafiq olaraq imtahanın keçirildiyi tarixə qədər tədris olunmayıbsa, həmin mövzuların imtahan proqramına salınması doğru deyil. Keçirilən mövzuları əhatə etdiyi halda, imtahanları nəinki mart ayında, hətta fevral, yanvar, bəlkə də dekabr ayında keçirmək mümkündür”.
Şagirdlərin dərsə davamiyyətinə gəlincə, ekspert bildirib ki, “şagird buraxılış imtahanı veribsə, nə üçün dərsə getməlidir?” sualı yanlış və absurddur: “Şagirdlərin tədris ili iyun ayının 14-ü başa çatır və şagird həmin dövrə qədər dərslərinə davam etməlidir ki, onun illik qiymətləndirilməsi aparılsın, yekun attestat sənədi təqdim olunsun. Şagirdlər orta məktəbdə hələ tam olaraq bəzi fənlər üzrə müvafiq mövzuları bitirməyiblərsə, onlar dərslərə davamlı olaraq getməlidirlər.
Buraxılış imtahanı sadəcə DİM-in müvafiq olaraq keçirdiyi qəbul imtahanının birinci mərhələsidir. Bu imtahanda şagirdlərin ümumi üç fənn üzrə bilikləri yoxlanılır. Mart ayından etibarən buraxılış imtahanı verildiyi üçün şagirdlərin iyun ayına qədər dərsə getməmələri barədə yanlış düşüncələr formalaşdırılmamalıdır. Təəssüflər olsun ki, cəmiyyət bunu qəbul edə bilmir”.
İmtahanların tez keçirilməsi narahatlıq yaratmamalıdır
Dövlət İmtahan Mərkəzinin (DİM) sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, DİM tərəfindən keçirilən imtahanlarda tədris planları, qüvvədə olan dərsliklər və qəbul proqramları həmişə əsas götürülür. Buraxılış imtahanlarında isə yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır: “Bu, birmənalıdır və indiyə qədər bununla bağlı hər hansı narazılıq olmayıb.
2017-ci ildən etibarən 9-cu siniflərdə, 2019-cu ildən isə 11-ci siniflərdə tətbiq olunan imtahan modelinə əsasən, qapalı tipli tapşırıqlarla yanaşı, yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunmağa başlanılıb. Həmin vaxtdan etibarən imtahanlar mart-aprel aylarında keçirilir. Çünki yazılı cavab tələb edən tapşırıqların yoxlanılması markerlər tərəfindən həyata keçirilir”.
X.Xanlarzadə qeyd edib ki, fənn kurikulumlarına görə, 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir: “Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə, müəyyən bacarıqlar formalaşır. Kurikulumların mahiyyəti yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir.
Tədris proqramlarına görə, xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Ona görə də imtahanın mart-aprel aylarında keçirilməsi iştirakçılarda narahatlıq yaratmamalıdır. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər”.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

