Saf və təmiz fidanlar...
18.11.2023 [12:05]
Ümumdünya Uşaq Günüdür
Yeganə BAYRAMOVA
Onlar gülüşü ilə güldürən, göz yaşı ilə ürəkləri sızladan, saf baxışları ilə düşündürən, qucaqları isidən, sevildikcə sevilən fidanlardır. Nəfəslərində bir həyat, bir dünya, bir aləm yaşayır. Ailənin könül meyvəsi, ruh qaynağı sayılan uşaqlar dünyaya gəlişi ilə qəlbləri həyəcanlandırır, evlərə sevinc bəxş edir. Ən saf, ən dəyərli, ən gözəl varlıqlar olan uşaqlar bu günümüz, gələcəyimiz və həyatımıza anlam verən varlıqlardır.
Uşaqlara qayğı, onların sağlam böyüməsi, yüksək təhsil, təlim-tərbiyə alaraq layiqli vətəndaş kimi yetişdirilməsi hər bir cəmiyyətin başlıca vəzifələrindən biridir. Uşaqlar ailədən başqa hər bir dövlətin və xalqın da qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir.
34 il öncə...
Noyabrın 20-si Ümumdünya Uşaq Günüdür. Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyasını qəbul etməsindən 34 il keçir. Belə ki, 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılması məqsədilə bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini qəbul edib.
Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu il noyabrın 20-də qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu.
11 milyon uşaq 5 yaşına çatmadan...
Beynəlxalq statistikaya əsasən, 11 milyon uşaq beş yaşına çatmadan ölür. Normal böyümək, yaşamaq və inkişaf etmək imkanı olmayan on milyonlarla uşaq isə fiziki və əqli xəstə olur. Uşaqlar arasında ölüm hallarının çoxuna qarşısı alınan və ya asanlıqla müalicə olunan xəstəliklər, digərlərinə yoxsulluq, cahillik, ayrı-seçkilik və zorakılıq hallarının ağır nəticələri səbəb olur. Bu səbəblərin hamısı birlikdə ailə, icma və dövlətlərə və bütün dünyaya ağır itkilər gətirir.
Milli strategiyalarımızdan biri
Ümumdünya Uşaq Günü ölkəmizdə də qeyd olunur. Azərbaycan Uşaq Hüquqları Konvensiyasını 1992-ci ildə ratifikasiya edib. Gələcəyimiz olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanın sürətli iqtisadi inkişafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Ölkə başçısının uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Son illər uşaqların sağlamlıqlarının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təlim-tərbiyəsinin daha da yüksəldilməsi üçün lazımi şərait yaradılır, bu istiqamətdə mühüm tədbirlər reallaşdırılır. Elə bu baxımdan, son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılmaqdadır.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

