25 manatın badına gedənlər...
08.06.2023 [11:20]
Saxta iş elanlarından sonra narazılıq doğuran məqamlardan biri də saxta reklam mesajlarıdır. Son zamanlar sosial şəbəkələr üzərindən gələn bu tip mesajlar “ümumi bədənin “chek-up”ı” başlığı ilə əhali arasında müəyyən mənada çaşqınlıq yaradır. Belə ki, insanlar qiymətə aldanaraq bu cür “sağlamlıq mərkəzləri”nə üz tuturlar. Ancaq qarşılaşdıqları mənzərə isə görüntüdən başqa bir şey deyil. Nəticədə isə insanlarda klinikalara, xəstəxanalara ümumən tibb müəssisələrinə inamsızlıq yaranır...
Bu cür şablon mesaj alanlardan biri də həmsöhbətimiz Vüsal Babayevdir. Vüsal deyir ki, eyni başlıqlı mesaj ona da göndərilib. “Ucuz ətin şorbası”na aldanan Vüsal gördüklərini danışır: “İçəri daxil olanda buranın tibb müəssisəsi olmadığını anladım. “Sağlamlıq mərkəzi” dedikləri yer ancaq azyaşlı xanımlardan ibarət idi. Qeydiyyatçı xanım məni alman aparatı ilə yoxlayacaqlarını bildirdi. 25 manat ödədikdən sonra həkimin yanına göndərdilər. Həkimin otağında isə nə aparat, nə analiz üçün hansısa bir vasitə, nə də müayinə üçün USM var idi. Xanım minnətli şəkildə qələmə oxşar bir aparatı əlimin içində müxtəlif istiqamətlərdə hərəkət etdirdi. 5 dəqiqə sonra artıq mənim “müayinə”m bitmişdi. Otaqdan çıxanda boş otaq, xanımın sarışın olduğu yadımda qalmışdı. Bir də mənə verdiyi möhürsüz “resept”... Möhürsüz reseptdəki dərmanlar sən demə, yalnız bunların “depo aptek” dedikləri yerdə satılırmış. Ən qəribəsi isə odur ki, depo adlandırdıqları təyinatı məlum olmayan yer elə mərkəzin içində yerləşən balaca otaq imiş. Dərmanların başqa yerdə satılmadığını dediklərində artıq aldadıldığımdan tam əmin oldum...
Reseptə yazılan “dərmanların” qiyməti də kiməsə məlum olmayan hansısa “tarif şurası” tərəfindən təyin edilir. 25 manata təklif olunan xidmətlər sonda vətəndaşın və ya onların dili ilə desək, “pasiyent”in təxminən 250-300 manatlıq xərcə düşməsi ilə nəticələnir.
Belə “çek up əməliyyatları” barədə fikirlərini bölüşən həkim-terapevt Abbas Bağırov qəzetimizə açıqlamasında bu tipli reklamlardan xəbərdar olduğunu bildirib: “Müşahidə etmişəm ki, təklif olunan, göstərilən “Çek-up” müayinəsinin qiyməti yazılan müayinələrin aparılması üçün istifadə olunan reagentlərin, tibbi istifadə materiallarının, preparatın hazırlanması üçün tələb olunan digər resursların qiymətini ödəmir. Hətta real qiymətdən uçuz təqdim olunur. Bundan başqa, işçi maaşları, vergilər və başqa xərclər də bu qiymətə əlavə olunmalıdır. Bütün bunları hesablayan zaman görürük ki, bu “check-up” müayinələri real bazar qiyməti ilə uzlaşmır. Sadəcə olaraq kütlənin fikirlərini özlərinə yönəldərək fəaliyyət göstərdikləri tibb müəssisəsinə dəvət edib, pasiyent üzərində bu və ya digər müayinə aparıb, müalicə etmək təklif olunur”.
Qeyd etmək istəyirəm ki, istənilən bir orqanizm üzərində tibb mütəxəssisi müayinə aparsa, orada patoloji fon və ya xəstəlik tapa biləcək. Çünki ideal vəziyyətdə tam sağlam orqanizm mövcud deyil. Bunun bir çox səbəbləri var. İstənilən orqanizmdə bu və ya digər formada metobalizm pozuntusu və ya patoloji, fon yaxud digər xəstəliyə aparan amillər var. “Çekapçılar” bu xəstəliyin fəsadları haqqında danışdıqda, şübhəsiz ki, hər bir pasiyent sağlamlığını qorumaq üçün təlaş-təşviş keçirərək problemi aradan qaldırmaq üçün müayinə metodlarına əməl etməli olur. Nəticədə müalicə kurslarının aparılmasına razılaşırlar”.
“İnsanların reklam xarakterli “çek-up” müayinələri seçimi edərkən düzgün qənaətdə olmadığını görürük. Buna görə ixtisası bəlli olmayan yalan?ı mütəxəssislərlə əlaqə qurub onların apardıqları müayinə və müalicələri dərindən təhlil etmək lazımdır”, - deyə mütəxəssis əlavə edib.
Qönçə Quliyeva,
Şahanə Xankişiyeva
Xəbər lenti
Hamısına baxSosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50

