Toy mövsümünə az qalır...
03.09.2022 [11:20]
Menyular və qiymətlər dəyişib?
Yeganə BAYRAMOVA
Avqustun 28-i Məhərrəm ayı başa çatıb, 29-dan Səfər ayı başlayıb və sentyabrın 26-da başa çatacaq. Məlum olduğu kimi, hicri təqvimin ilk iki ayında (Məhərrəm və Səfər ayları) toy mərasimləri təxirə salınır. Bu, o deməkdir ki, oktyabr ayından həm də toy mövsümü başlayır.
Azərbaycanda “yaxşı toy” düşüncəsi bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir. İnsanlar hər getdiyi toya isə minimum 50 manat ödəyirdi.
İndi əksər insanlar toy dəvətnaməsi alanda sevinə bilmir. Həmçinin toylarda süfrədə olan israfçılıq da insanların iştahını qapadır, yüksək səs akustikası onların toydan zövq almasına imkan vermir.
Qeyd edək ki, bu ilin iyun ayında toy və şənliklərin sayının azalmasına baxmayaraq, şadlıq saraylarında menyuların qiyməti, orta hesabla 5 faiz bahalaşıb. 40 manatadək olan menyularda qiymət artımları 3 faiz, 40-80 manat arasındakı menyularda 5 faiz, 80 manatdan yüksək qiymət təklif edilən menyularda isə artım 7 faiz olub.
Mövzu ilə bağlı şadlıq sarayları arasında sorğu keçirdik. Belə məlum oldu ki, şadlıq evlərində, artıq 25-30 manata menyu yoxdur və menyuların qiyməti hələ bir neçə ay öncə bahalaşıb. Yeni toy mövsümündə isə təkrar qiymət artımı istisna deyil. Eyni zamanda, bəzi şadlıq sarayları ərzaq məhsullarının qiymətinin sürətlə bahalaşması səbəbindən endirimləri də ləğv ediblər.
“Su Sonası” şadlıq sarayından bildirilib ki, bu sarayda Məhərrəm ayından sonra ilk toy mərasimi sen?yabrın 29-na təyin olunub: “Hələlik menyuda ciddi dəyişiklik olmayacaq. Əvvəl necə idi, Məhərrəmlikdən sonra da elə davam edəcək. Bizdə qiymətlər qonağın istəyinə uyğun olaraq dəyişir. Qonağın istəyindən asılı olaraq 70 manata, 80 manata, 90 manata razılaşa bilərik”.
“Durna Teli” şadlıq sarayından isə qeyd etdilər ki, başlanğıc menyu 35 manatdır və qiymətlər müştərinin istəyinə görə artırıla bilər: “Təbii ki, qiymət artdıqca menyuda da dəyişiklik olur”.
“Meridian Park” şadlıq sarayında toy mövsümü sentyabrın 30-dan başlayacaq. Şadlıq sarayının administratoru qiymətlərdə ciddi dəyişiklik olmayacağını bildirib: “Menyumuzda ciddi dəyişiklik olmayacaq. Qiymətlər də hələ ki stabil saxlanılıb. Bizdə 3 formada menyu var. Qiymətləri isə 180, 250 və 320 manatadəkdir”.
Mövzu ilə fikirlərini “Yeni Azərbaycan”la bölüşən iqtisadçı-ekspert Fuad İbrahimov söyləyib ki, Azərbaycanda şadlıq saraylarında menyu qiymətləri həddən artıq şişirdilmiş formada qeyd olunur: “Bizdə bu sektorda qiymətlər onsuz da şişirdilib. Əgər maya dəyərinə diqqət yetirsək, adambaşına qiymət, hətta 2 dəfədən də artıq baha ifadə olunur. Bəzi hallarda 3 dəfə də baha qiymət göstərilir. Düzdür, ərzaq məhsulları bahalaşırsa, bu, bütün sahələrə təsir edir. Əlbəttə, bu məsələ xidmət sektorunda ikili reaksiya göstərə bilər. Qeyd etdiyim kimi, qiymətlər süni şəkildə şişirdilmiş formadadır. Əgər şadlıq sarayları qruplaşaraq inhisarçılıqlarını həyata keçirərlərsə, adekvat qiymət artımı davam edəcək. Digər tərəfdən, sağlam rəqabət olacaqsa, qiymət artımının baş verməməsi, bəzi hallarda, hətta ucuz xidmətin göstərilməsi də nəzərdə tutula bilər. Nəzərə almaq lazımdır ki, belə hallarda keyfiyyət baxımından keyfiyyətsizlik nümayiş oluna bilər. Ümumiyyətlə, institusional olaraq belədir ki, hər hansı bahalaşma baş verərsə, bu, mütləq xidmət sektoruna da təsir edir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40

